AzeriMəhəmməd İsrafiloğlu

MÜSTƏQİL VƏ ADİL MƏHKƏMƏLƏR OLMADIĞINDAN QOYUN BU YAZININ ADI: ALLAHA ŞİKAYƏT, BƏNDƏYƏ HİDAYƏT OLSUN…

“Bir ülke karanlıktır, bir sokağı sönürse...” Özdemir Asaf.

Hərdən klassiklərimizi çox qınamq istəyirəm ki bəs nədəndir ki, millətin qüsurlarını bayraq edib sağdan, soldan döşəyirsiniz. Sonra fikirləşirəm ki bəs bu deyilənləri də danmaq, inkar etmək olmaz axı. Götürək elə Mirzə Fətəlini, Zərdabini. Heç birinin belə baxanda şəxsi maraq və mənfəətləri üzərində qurulan həyatları olmadı.

İstəsəydilər əlbəttə olurdu, haqsızlığa göz yum, halala haram de, yetimə bir təpik, zənginə min alqış işlər tamamdır. Bunun tariximizdə kifayət qədər örnəkləri var. Qasım Bəy Zakirin “ xanbudaqovu” məsələn:

Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti malı,
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.

Amma nə Mirzə Fətəli, nə Zərdabi nə də ki İsmayıl Bəy Qaspıralı nə mahalı çapdılar, taladılar, nə də özlərini tutdular. Əksinə ömürlərini şam kimi millət yolunda əridib torpağa qarışdılar sonunda.

Axundovun əsərlərindən xanbudaqovun nəvə-nəticələri elmi işlər yazdı, dissertasiyalar müdafiə etdi amma bir türlü AXUNDOV ola bilmədilər.

Çünki xəmirləri xanbudaqovdan yoğrulmuş da ondan. babaları kəndi mahalı taladı çapdı, nəvə-nəticələr də elmimizi, ədəbiyyatımızı, dövlət idarələrimizi. Hətta yüksək dövlət çinlisi olub xalqın anasını belə ağlatdılar. Axundova ən çox irad tutulan xüsus onun ateistliyidir. Guya ki bu məmləkətdə ateist olmayıb əli Allahın ətəyində olanlar beş vakit namaz qılıb da beş min adama iş verirmiş, acların qarınlarını doyururmuşlar. Şəxsən mən indimizdə beş vakit namaz qılıb min vakit evlər yıxan nə hocalar nə din pərdəsinə bürünmüş iş adamları gördüm.

İşçisini alnının təri qurumamış maaşını qatlayıb cibinə qoyan. Dilində də işçinin alnının təri qurumamış haqqını vermək lazımdır sözləri yaltaq çevrənin çəpiklədiyi amin, bərəkallah, maşallah və sövgüləri. Hər kəlmənin sonu da allahla qurtarırmış. Vallah allahın da işi zordur, qaçan da, qovan da Onun mübarək adını zikr edib dad qılır, fəryad edir. Amma nə hikmətsə qutudan həmişə oğru “doğru” və karlı çıxır. Lap şairin dediyi kimi: ”İblisin də cibindən İncillə, Quran çıxır.”

Məhəmməd peyəmbərin bir hədisinə rastlamışdım: “Ən qərib şey zalımın əzbərində olan Qurandır.”

Başqa türlüsünü görmədi cəmi islam. Görsəydi o zaman biz dəxi İsveçrə olmalıydıq hesabla. Amma yekunda Azərbaycanıq, İranıq, İraqıq, Səudiyyə Ərəbistanıyıq, Beyrutuq və s.

Müsəlman aləmində ən çox qınanan, cəhənnəm alovlarının ən gur dilimləiylə qovrulub sümüyü əriyənədək kabab edilən şəxslər yetim malı yeyənlərdir guya ki. Cəhənnəmi boş verəlim oranı nə görən var nə də orada yanıb kül olan. Amma indimizdə yetim malı yeyənə heç güldən ağır söz belə deyən yox hətta təzim, hörmət vəzifələndirmək, məmuriyyəti oliqarx bilib səcdə etmək mərifətdən sayılır. Yüz illərdir dəyişməyən bu gerçəyi aradan qaldırmaq əvəzinə yüz illər öncəsi bunu savaşını verənlərə dil uzatmaq işin ən asanı. Bu üzdən nə Mirzə Fətəlini, nə Mirzə Cəlili, nədə ki Zərdabini qınamaq yersizdir. Hələ onların başmağını geyək sonra addımlayaq görək yeriş həmın yerişmi?!

Yetim, yesir olan məmləkətdə Allah olmur. Çünki allahlar olan yerdə Allah olmur.
“Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə yeməsin; bir tüksüz uşağa rast gəldikdə ona əl vurmasın; fürsət düşdükdə camaatın qızına və arvadına təcavüz etməsin?!”.
MİRZƏ FƏTƏLİ AXUNDOV.
(1812- 1878).
“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI”INDAN.

P.S. Statusumdakı şəkilə ilk rastlaşdığımda adı belə qoyulmuşdu: “Структура нашего общества.” (Bizim cəmiyyətin strukturu).

Məhəmməd İsrafiloğlu

Ukrayna Haber

Ukrayna'nın, ilk Türkçe haber sitesi.

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu