Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

ÇƏTİN YA ASAN, BİR ÖMÜRLÜK YOL GEDİR İNSAN…

Köksündə Vətən eşqini daşıyıb bu müqəddəs Yolda al qanını üçrəngli bayrağımıza çevirən, İstiqlal Məfkurəsini sahib olan,Uca Türklük duyğularıyla bəslənən, bütün fədailərin öyküsüdür eyni zamanda yazılanlar...

Neler yapmadık şu Vatan için; kimimiz öldük, kimimiz nutuk söyledik…
Orhan Veli(1914-1950).

Əslində bu yazının tək bir ünvanı yoxdur.
Məhərrəm Əskəroğlunun simasında tanıdığımız və tanımadığımız,köksündə Vətən eşqini daşıyıb bu müqəddəs Yolda al qanını üçrəngli bayrağımıza çevirən, İstiqlal Məfkurəsini sahib olan,Uca Türklük duyğularıyla bəslənən, bütün fədailərin öyküsüdür eyni zamanda yazılanlar…
“Çətin ya asan
Bir ömürlük YOL gedir insan…”
Əhliman Ərəfsəli.
Mazi və yaxud İyirmi altı ilə sığmayan Ömür…
Düz 29 il əvvələ boylanıram.Tam on səkkiz yaşındayam və Türklük Məfkurəmizi,duyğularımızı formalaşdıran,bu gözəl əxlaqla hər zaman bizi məftun edən Məhərrəm Əskəroğluyla bağlı zaman və məkanı acılı-şirinli xatirələrimlə çözələyirəm dalğın bir şəkildə…
8 sentyabr 1990-cı il…
Culfa dəmir yolu vağzalının aşağı hissəsində yerləşən bir məkanda milli-azadlıq hərəkatının coşğun dövrünün tələbindən doğan patriotik məzmunlu diskussiyalar :
Məhərrəm Əskəroğlu,Rauf Arifoğlu,qalın bığlarıyla Koroğlu əzəmətini andıran rəssam Əhməd Rza,erkək Mirzə(Şərur),Əskər Qəliloğlu(Naxçıvan),Qasım müəllim,Hikmət bəy,bu sətirlərin müəllifi və daha kimlər,kimlər…
Heç özümdə bilmirəm ki,nədən məhz bu gündə içim elə qərib duyğulara hakim kəsilir ki…
Uşaqlığımdan bu günümədək qəribə bir xasiyyət daşıyıram,bütün yaşadığım günlər bir xronolji cədvəl kimi beynimə həkk olunub elə bil həmişəlik.Bütün ayrıntı və incə detallarıyla kopiyalanmış şəkildə yatır,yatır və həmin rəqəmə tuş gələn gündə dimdik oyanır,ayağa qalxır.Bu şakərimdən heç bir zaman qurtula bilmirəm ki,bilmirəm.Bəlkədə tarixçilikdən qaynaqlanan bir vərdiş,heç də yaxşı vərdiş saymıram sevib itirdiyim Dost və əzizlərimi xatırladan günlərin tarixi o zaman təkcə rəqəmi ifadə etmir,ağır bir daş,qurğuşun kimi içimdən sallanır,içimdən…
Yoxluq hər zaman boşluqdur və çox təəsüf ki xatirələr yalnız işıq tuta bilir buna,gerisi acı nisgil,göz yaşı,dərd,ələm birdə ki dərindən köks ötürərək çəkdiyin gizli ahlar, kaşkilər…
47 yaşın içindəyəm və bu yaşda yox On səkkiz yaşında Məhərrəm Bəylə birgə o,Məkanda olmaq,Zamanı geri döndərmək istəyirəm…
Fəqət axıb gedən zaman geri dönməz ki…
Dönsə belə işıqli,nurlu xatirələr halında dönər.
Və mən bu sirrli,ağ-appaq nur selində əqidədaşım,ülküdaşım,məfkurədaşım Məhərrəm Bəyin Rununa,işığına,xoş xatirələrinə üz tuturam…
Oturuşundan,duruşundan,yerişindən,baxışından həmişə ağayanə bir zərafət yağardı.Fiziki cəhətdən güclü,olduqca yaraşıqlı idmançı cüssəsi,geniş tunc alnı,qədim Türkləri andıran almacıq sümüyü,gülərkən qıyılan gözləri bir başqa aləm idi.Bizi ən çox valeh edən, Onun Lev Qumilyovun qədim Türklərin fiziki xüsusiyyətlərini sadalarkən öz fiziki xarkteristik cizgilərini eynən bu məntiqə sığdırması idi.Yəni heç vaxt qədim Türklər mənə oxşayır deməzdi,amma onun izahındakı cizgilər eynən özününkü idi və biz də gerçəkdən qarşımızda Məhərrəm bəyin timsalında zənn edərdik qədim Türkləri.Şəxsən mən də,onu tanıyıb sevən hər kəs heç zaman bundan şübhə etmədik,çünki dərin ağlı,analtik beyni və milli ruha sahib olmaqla Məhərrəm Əskəroğlu təpədən dırnağa bir Türk milliyətçisi idi. O yüksək imanla gözəl əxlaqa yürüyən,həm duyğuya,həm də düşüncəyə dayanan milli şüura sahib idi.
Onun olduqca iti analtik məntiqində doğan fikirləri qarşısında yaxın dostu olan Rauf Arifoğlu,hərəkatın bir çox ciddi nümayəndələrinin heyrətamiz maraq doğuran reaksiyaları unuda bilməyəcəyim xatirəvi yaddaşımın ən həyəcanlı səhifələrindəndir.
Tələbəliyi Gəncədə Kənd Təsərrüfat İnstitutunda keçmişdir.Milli-azadlıq hərəkatına fəal şəkildə də bu illərdə qoşularaq əlində silah ermənilərə qarşı vuruşmuşdur.Məhərrəm Bəyin Gəncə dövrü indidə tələbə,sonradan əqidə,məfkurə dostluğuna çevrilmiş Dostları tərəfindən yüksək sayğı və həyəcanla xatırlanır.Özünün “ qan yaddaşı”nın oyanmasını qəribə bir şəkildə izah edərdi,deyərdi ki:-“bolşevik rus rejimi çox şeyimizi əlimizdən alsa da ruhumuzu istila edə bilməyib,85-86 cı illərdə Gəncə meydanında aşıq Ədalətin sinəsinə basıb çaldığı Sazın cingiltisi məni necə silkələdisə ruhum yerindən oynadı qanımın ritmi dəyişdi,heç özümə də aydın olmayan qəribə hisslərə qapıldım.Sonralar bunun Qan yaddaşı yoluyla baş verdiyinin fərqinə vardım.” S.Rüstəmxanlının “Gəncə qapısı”,”Qan yaddaşı” şerləriylə,Böyük Şaman ruhlu R.Behrudi yaradıcılığıyla, onun “Şaman duası” kitabıylada məni ilk olaraq o tanış etmişdir.Tale elə gətirdi ki,diplom müdafiəsinə gedərkən mənidə israr və təkidlə Gəncəyə apardı 1991 ci ildə.O məndən beş yaş böyük olsa da dostluq və milli-demokratik fikirlərdə,ortaq Türklük duyğularımızı bölüşmə nöqtələrimiz konusunda çox köklü,dərin saf səmimi,möhkəm tellərlə bağlı idik biri-birimizə.Bu istiqlaiyyətpərvər, ilk Cümhuriyyət paytaxtımız olan şəhəri onunla birgə gəzdik,Şah Abbas məscidi,Cavad xanın məzarını ziyarət etdik və ən əsası onun Gəncədə tələbə dostları arasında nə qədər dərin hörmət,nüfuzu olduğuna canlı şahid oldum. Qaldığımız yataqxanada milli məsələlərin qızğın diskusiyyalarında onun göstərdiyi temperament,siyasi məntiqi valehedici idi hamı üçün.Bəxtiyar Tuncay,Vahid bəylə məni tanış etdi,olduqca maraqlı söhbətlərimiz oldu, Gəncə tarixi,Milli hərəkatla bağlı kitab və broşürolar aldıq.
Şahidi olduğum elə söhbətləri var ki,yadıma düşdükcə kövrək duyğularıma təslim oluram.Təsəvvür edin ki,rayonda toplumun heç də normal qəbul etmədiyi,bir az da fərqli yaşam tərzi sürən tanıdıq adamlarla elə dərin milli-tərbiyəvi ən əsası qarşı tərəfin neqativ iç komplekslərini dəyişib pozitiv təsir edən söhbətlər edərdi ki,hamımız matü-məətəl qalardıq.Yəni eqoistik duyğular ona yad idi,hətta toplumun ön yarqılarla ittiham etdiyi bu “şuluqçu” çevrəylə təmasları ona irad tutanlara mükəməl bir cavab verərdi:-“Mən də onların yanında olmasam,təsir gücümdən istifadə edib doğru yolu göstərməsəm onların halı nə olacaq?”. İnsafən içərilərində idmançıdan tutmuş,küçə savaşının bütün texnikasını rayonda məharətlə işlədib ad-san qazanan,haqqı qoruyan bu cəsur dəliqanlılar onu qeyd-şərtsiz qəbul və hörmət edər,söhbətilərinə doymazdılar.Ziqmund Freydin psixoanalizini,”şüuraltısını” elə sadə,asan məntiqlə izah edrdi ki,Freyd sağ qalsaydı bu izaha bizim kimi ancaq heyrət edərdi.Türkçülüyn babası Ziya Gökalpdan,Rus fəlsəfəsinin atası A.Berdyayevdən,H.N.Atsızdan, Boz Qurddan,Alparslan Türkeşdən,Oljas Süleymenevin” Az i Ya” sından,bir sözlə iqtisadi,siyasi,ədəbi dünyagörüşü əhatə edən hər şeydən təkcə danışmazdı,eyni zamanda özünün analiz və şəxsi yorumlarınıda qataraq olduqca maraqlı bir ortama çəkərdi hər kəsi.Başqa gözəl bir dostumuz,olduqca pragmatik bir düçüncə tərziylə seçilən tarixçi Hikmət Cavadovla onun arqumental-analitik mübahisə ortamı başqa bir aləm idi,bu sağlam gözəl mübahisəyə doyum olmazdı…
Onun M.Ə.Rəsulzadənin “Milli Təsanüd” nəzəriyyəsinin dolğun və müdhiş izahı,analizi bu günədək kimsədə rastlamadığım,ovsunlandığım bir dünyagörüşdür hələ də.Rayonda hər kəs onu sevib hörmət bəslərdi,ideoloji müstəvidə bizə tərs gələn kommunistlər belə…
Ən çox sevdiyi sitatlardan biri də”Великие рождается провинциях а умирается в Париже”(Dahilər əyalətlərdə doğulub Parisdə ölürlər) ifadəsi idi.Onun siyasi potensialı əyalətə sığmayacaq qədər böyük idi,paytaxtın elmi təqiqat institutlarında formalaşıb daha böyük şəkildə faydalanmağa layiq idi normal demokratik toplum mühitində.Çox təəsüf ki bu enerji əyalət divarlarını aşa bilmədi,nakam bir ölüm qara nöqtə kimi son qoydu buna və xalqın mill intellektual kisəsindən bir düşünən beyin getdi nə yazıq ki, məcrasını bulmağa vaxtı çatmayan,coşmuş bir çay,dəniz misalı…
Yəni Məhərrəm Əskəroğlu belə birisiydi,yaxşılıqdan,Türk milliyətçiliyindən yoğrulmuş içində çox yüksək,ali,əxlaqi məziyyətləri birləşdirən qeyri adi Türklük fədaisi!
Siyasi öncə görmə qabilliyyəti,fəhmi olduqca mükəmməl bir biçimdəydi.Verdiyi proqnozların doğru çıxması heyrətamiz idi.
Oxlokratik düşüncə tərzinə nifrət edərdi.(Oxlokratiya,demokratiya,oliqarxiya,teokratiya və s. kimi terminlərin sadələşdirilmiş,bəsit olduqca mükəmməl və özünə məxsus şərh,yorumlarıyla izahı inanılmaz idi-M.İ.).Öncə kütləyə cazib görsənən sonra onun gilyotinasına çevrilən hadisə və şəxsiyyətlərə anında verdiyi qiymət özünü doğruldanda heç kim onun gözünün içinə baxa bilmirdi utandığından.
Qəfil,özünə məxsus emosiya və pafosla(olduqca gözəl idi bu pafos-M.İ) dilə gətirdikləri arzuları,idealları möhtəşəm idi.
Türk müğənnisi Nilufərin “Erkəklər ağlamaz” mahnısı ən çox sevdiyi mahnı idi.
Çox təəsüf ki vaxtsız ölümüylə mahnıdakı bu misralara sadiq qılmadı bizi,erkəkli-qadınlı hamımızı ağlatdı, göz yaşımız qan, sel oldu…
Və bu kimi xatirələr, sözlər sonra həmdə bizlər üçün əməlli nisgil oldu,nisgil…
Və illərdir bu mahnıya qulaq asarkən bütün varlığımdan necə böyük kədərlə yoxsun olduğumu bir TANRI bilir…
Əziz qardaşım!
Sən içində Yurd, Vətən, TÜRKÜN boyüklüyünə sonsuz,tükənməz,dərin inam gəzdirən və nə yazıq ki,bunu çox erkən Torpağa köçürən Şəhid Nəslimizin Adsız,Naməlum və Azman oğlu və əskərisən!!!
Kaş ki bu sevgi Zamanında,sən torpağa dönmədən uca millətimizə çataydı…
Tək təsəllim Ruhun ölməzliyi…
Bir gün savaşını verdiyimiz TÜRKLÜK-TURAN sevdası zəfər çalacaq və böyük təntənələrə səhnə olacaq,o zaman ürəyi bu eşqlə çirpınan neçə Adsız qəhrəmanlar kimi Sənində Ruhun bunu duyacaq,rahatlıq tapacaq…
İllərlə yığışıb qalmış fikir və duyğularımın diqtəsiylə ömrümün sonunadək məni tərk etməyəcək mübaliğəsiz mənim üçün fövqəladə örnək bir Dost, Uca Şəxsiyyət,unudulmaz Məhərrəm Əskəroğlunun işıqlı xatirəsinə dərin sevgi və sayqılarımla…
Məhəmməd İsrafiloğlu.(Bu yazını iki vaxt ayrıcında 08 sentyabr 2005- ci il-Keniqsberq(Kalininqrad) şəhəri və 13 avqust 2017 cı il Brovarı şəhərində çağlayan xatirələrimin işığnda qələmə almışam ).
P.S. Eyni zamanda vaxtsız və faciəli şəkildə dünyasını dəyişən Culfanın say seçmə oğullarından dağ cüssəli Müzəffəri(Mizi deyərdi hamı adətən ona-M.İ.),gözəl idmançı cüdoistlər Elxan Məmmədovu(İqqə-çağırardıq rəhmətliyi-M.İ),Mehdi Məmmədovu,olduqca mütəvazi,comərd insan,dost Nazim Quliyevi(Korey Nazim-M.İ),cəsur zabit,hərbçi pokovnik-leytenant Elşad və Eldar Nağıyev qardaşlarını, Araz çayında Rus İmperiyasının zabiti tərəfindən xüsusi göstərişlə qətlə yetirilən şəhid-alim Tağı Qasımoğlunu,Sədərək döyüşlərində şəhid olmuş Qulu Ağayevi (Dəli Qulu-M.İ),Kilit döyüşlərində şəhid olan İbad İmanovu,Qarabağ şəhidi Məzahir Nəcəfovu,yazımın əvvəllində “Mübarizə” şerindən epiqraf kimi istifadə etdiyim istiqlal ruhlu şair Əhliman Ərəfsəlini dərin hörmətlə anır və adlarını çəkə bilmədiyim bütün eloğullarımıza Uca TANRIDAN sonsuz rəhmət diləyirəm…
Hamısı işıqlar içində yatsın!

Məhəmməd İsrafiloğlu

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]