AzeriMəhəmməd İsrafiloğlu

Quyumu dərin, ipmi qısa? cavab yazıda…

Qəribəm, mələrəm mən, Dağ-daşı dələrəm mən, Qırx arşınnı quyudan Çağırsan gələrəm mən. Xalq Bayatısı.

Bu şəkil rəssam Gürbüz Ekşioğlunundur. Gürbüz Ekşioğlunun əsərlərini çox sevərəm çünki birbaşa şüurun dərin qatlarına nüfuz edir rəssam məntiqi və fəlsəfi boyutlarıyla.

Qəribə pardoksları var bu rəssamın gah balığı qəfəsə salır, gah da quşu akvariuima və yaxud da tam dənizin ortasında bir ütü dalğaları ütüləyir. Amma əslində bütün bu ağlasığmaz məntiqlə toplumsal mesaj verdiyi aşikardır. Nə ağlımıza sığmırsa necə lazımdır “sığdırır” fırçasına oradan da tablosuna rəssam. Dördbucaq quyuya məhkum olmuş zavallı insan və ona “uzanan” yardım əlini, kənarda yetim qalmış nərdivanı görəndə ilk ağlıma bilirmisiniz nə gəldi?

Hüseyn Cavidin: “ İblisəmi uymuş bəşəriyyət?” misraları. Görünən o ki insanoğlu, bəşəriyyət nəinki iblisə uymuş onun pis bir oyuncağına dönmüş. Amma bu şəkildə inanın quyu sindromu o qədər də məni düşündürmədi. Onsuz da quyuların çoxdu sayı bu yerdə. Biz çox vaxt ancaq və ancaq quyunun zülmət dərinliyini düşünürük nədənsə və Hz.Yusif hekayəsi ondan doğan Məlikməmməd nağlına da aşina olmağımızın səbəbi budur məhz. Əsində dərin olan quyu deyil qısa olan ipdir. Şəkildə quyuda olanın bəsirət gözü də açıq deyil ki ona uzanan əlin yanındakı nərdivanı görsün. Deyək ki adamın bəsur gözü nərdivanı gördü və dedi ki əlini deyil nərdivanı endirsənə. Durumu təsəvvür edin yuxarıda olan sən nərdivanı hardan gördün deyib baltayla onu tikə-tikə edib daş kimi yağdıracaq quyuya adamın üzərinə və yola rəvan.Yəni yuxarıdakı maşallah elə quyu kim adamdır. Aciz durumlara düşənlərin halının təsviridir bu şəkil bütün boyutlarıyla. Bu sətirləri yazarkən belə Yusufun dərin quyusunda ac, sususuz, kimsəsizcəsinə olanların kəsilən iplərinə çox da dərin olmyan quyuya yetməyən iplərin qısalığına üzülürəm.. Uzanan ipə, burdan kaş ki bir karvan keçsə ümidiylə gözləri yollarda qulaqlar səsdədir. Hələliksə nə səs var nə hənir… Mənsur Həllac dediyi kimi: Cəhənnəm acı çəkdiyimiz yer deyil, acı çəkdiyimizi kimsənin bilmədiyi yerdir. Yəni dərin olan quyu deyil qısa olan ipdir.

P.S. Bu arada “ Koroğlu” dastanında da quyu sözü olduqca çox keçir. Məsələn: Koroğlunu gətirib bir dərin quyuya saldılar. Bəlli Əhmədi saldılar quyuya. və s.
İnsaf ya adamdamı qəhrəmanı quyuya salar?!

Torpağın, dağın köksünü yarıb su çıxaran kənkanlar təbii hörmətə, təqdirə layiqdirlər. Neft konusunda nə yazıqlar olsun ki bunu söyləmək zordur necə deyərlər qızınmadıq istisinə kor olduq tüstüsünə misalında neft quyusu qazanlar ən acımasız şəkildə istismar olunur. Birdə kaş ki yuxarıda Ekşioğlunun rəsmində də möcüzə baş versəydi, quyular Yusufları dışarı fışqırsaydı. Nə gözəl olurdu deyilmi?!

Tolstoy “Diriliş” romanında qəhrəmanı Nexlyudovun diliylə həbsxanalarda min bir işkəncələrə məruz qalan vicdanlı insanların halını belə dilə gətirirdi: “Bir ülkede köleliği yasalar koruyorsa, namuslu bir insan için en uygun yer, hapishanedir.”.

Uzun sözün qısası hamımız quyudayıq, dışarısıyla, içərisiylə, qürbətiylə…

Məhəmməd Israfiloğlu

Etiketler
Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı