Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

S L O N

Bu zülmü yapanları Tanrının və tarixin lənətinə həvalə etməkdən başqa yol qalmır. Sovet rejiminin məruz qoyduğu zülümlər nəticəsində dünyasını dəyişən, haqsızlığa məruz qalıb şaxtada, soyuqda donan bütün insanların ruhları əbədi sakitçilik tapsın...

Kiselyov-Qromov Nikolay İqnatyeviç- Birləşdirilmiş Dövlət Siyasəti İdarəsinin(ОГПУ-M.I) əməkdaşı, 1927-ci ildən 1930-cu ilədək İnformasiya Təhqiqat Şöbəsində (ИСО-Информационно-Следственного Отдела-M.İ) və Xüsusu Təyinatlı Solovetsk Düşərgəsində Hərbiləşdirilmiş Düşərgələrin Mühafizəsi İdarəsində xidmət etmişdir. 1930-cu ildə Finlandiyaya qaçmışdır.
Solovetsk ölüm düşərgələrində məhkum olunmuş vətəndaşlara Sovet rejiminin həyata keçirdiyi ağlasığmaz dəhşətli işkəncələrə şahid olmuş, bu ölüm kampında olanları 1936- cı ildə Şanxayda çap etdirdiyi iki: “ SSRİ-də ölüm düşərgələri ” (“ Лагери Смерти в СССР») və Xüsusi Təyinatlı Solovetsk Meşəsi (“ СЛОН ”) kitabında insanın qanını donduran hadisələri bütün detallarıyla qələmə almışdır.
Ölkədən qaçış səbəbini müəllf belə izah edir:
“ Mən xaricə qaçdım… Ona görə yox ki, bolşeviklər arasında maddi olaraq pis yaşayırdım, və yaxud da xaricdə özümə daha dədbdəbəli həyat qurum… Batmış gəmini ilk siçovullar tərk edər səbəbi də deyil ölkədən qaçmağımın: Sovet gəmisi olduqca möhkəmdir və hələ də heç batmağa hazırlaşmır,əksinə hər saat kapitalizm quruluşunu çökərtməyə çalışır… Mən xaricə Rusiyanın bütünlükdə bolşeviklərdən azad edilməsi yönündə bütün bilik və bacarığımı, təsrübəmi sərf etmək üçün qaçdım…”
Və Kiselyov-Qromov yazdığı bu iki kitabla gerçəkdən də vətəndaşlarını ölüm kamplarında insan ağlının qəbul etmədiyi qəddarlıqla, vəhşətlə ölümün ağuşuna atan, bundan zövq alan şeytani politika yürüdən bolşevizmin içini-dışını çox böyük ustalıq və ürək ağrılarıyla ifşa edə bilmişdir.
Kiselyov-Qromovun “ SSRİ-də ölüm düşərgələri ” (“ Лагери Смерти в СССР”) kitabı haqqında Kuzey Kıprısda yaşayan alim dostum Nazim Muradov sayəsində xəbər tutdum. O bu məlumatı M.Ə. Rəsulzadə sayəsində bilmiş, bu haqda yazışmalarımızın birində mənə məlumat verdi və oxumağımı istədi. Mən də həmən kitabı Pdf olaraq buldum və oxumağa başladım. Solovki ölüm düşərgələrində məhkumlara qarşı yapılan işkəncələr yuxusuz gecələrimə çevrildi, rəsmən qanım dondu, kitabın bir çox yerlərində göz yaşlarıma hakim olamadım…
Müəllif 40 dərəcə şaxtada onlara verilən işkəncələrdən, donmuş insnların kəsilmiş barmaqlarından düzədilən “boyunbağı”dan, yüzlərlə ölmüş məhkumlara bir çalaya gömmələrindən ürək ağrısıyla danışır. Məhkumlara nadzorlar və çekistlər düşərgədə yalnız bir adla “ şakalı” (çaqqallar-M.İ.) deyə müraciət edirlər həqiranə bir şəkildə. Cəza yeri,karser olaraq adı gələndə bütün məhkumların qorxudan dizlərinin əsdiyi “krikuşka”( bu ad məhkumlara verilən işkəncə və cəzalara dözməyib qışqırmaq, ruscada krik sözündən doğmuşdur, nadzorlar həyasızcasına irişərək bu adı kəşf etmişlər-M.İ.) da onların fəryad, ahu nalələrini vecinə almayan qəddar nadzorlar, çekistlər və bu zülmdən qurtarmaq üçün edilən dualarını eşitməyən Allaha sönən ümidlərin intiharlara dönüşdüyü düşərgəni rəsmən cəhənnəm adası yapır.


Müəllif ac, susuz fiziki güclərini son damlasınadək sorub “çiçəklənən sosialist ölkəsi” quran Sovet bolşevik zülmündən kütləvi şəkildə tələf olan məhkumların kaderini obrazlı şəkildə belə ifadə edirdi kitabında: “ Məhkumlar düşərgədə payız yarpağı kimi saralıb,solur, ölürdülər…” Kitabın başqa bir yerindəysə qəddar nadzor və çekistlər ironiyayla verilən zülüm, işkəncələrə dözməyib ölənlərə: “ Biz məhkumların sümükləri üzərində ikinci İsveçrə inşa edəcəyik” söyləyirlər dişlərini ağardaraq irişə-irişə…
Bu kitabın ən təsirli və dramatik səhnələrindən biri müəllifin çox böyük sayqı və hörmətlə yad etdiyi Gəncədən olan müsavatçı doktor Cahangir Ağayev və Solovki ölüm düşərgəsində fiziki işlərin ağırlığna etiraz edərək aclıq aksiyası başladan 11 müsavatçının faciəvi taleləridir. Mən aşağıda bacardığım qədər kitabın ruhuna uyğun bir biçimdə bu hissələri ruscadan tərcümə edərək sizlərlə paylaşmağı özümə borc bildim. Kiselyov-Qromov olanları belə anladır:
“ Bir dəfə mən səhər dəniz kənarında sahili boyunca yürüyürdüm.Bu vaxt hardansa peyda olan 18 yaşlı bir yeniyetmə Semyonov mənə sarı götürüldü. O gözlərim önündə biləyindən kəsilmiş büsbütün qana bürünmüş sol əlini tutaraq ürəkləri parçalyan bir səslə və göz yaşları içində: “ Vətəndaş rəis!… Allah and olsun hər gün yüz dəfə heç nədən onbaşılar məni döyürlər. Özünüz fikirləşin vətəndaş rəis, vur-tut 500 qram çörək verirlər… Məgər bununla 25 kötük söküb çıxarmaq olar? Söküb çıxara bilmədiyimdə kötük üzərində saxlayıb- döyürlər, “ mən filonam!” deyə qışqırmağa məcbur edirlər…” Bəlkə də min dəfə “mən filonam!” deyə qışqırmışam… Vətəndaş rəis indi mən nə edim?
Mən onu həmən doktor Cahangir Ağayevin “ lazaret”inə götürdüm. Ağayev “ Heç bilmirəm nə edim, lazaretdə yer yoxdur, dava-dərman, yara bantı belə yoxdur, bunlarsa Allahın hər günü kəsilmiş barmaqlarıyla buraya gəlirlər…” Bir həftə keçmədi ki Semyonov yarasına infeksiya yoluxması nəticəsində zəhərlənmədən öldü.Məntəqə rəisi Aleksandr Mixayloviç Novikovun “ Məhkum Semyonovun vəfatı ölüm hadisəsi kimi qeyd olunsun və adı məhkumlar siyahısından silinsin.” mətnində yazılan əmri indiyədək xatırlayıram.
Doktor Ağayev 1929- cu ildən 30-cu ilə keçən qışda tif xəstəliyindən öldü. Həssas və xeyirxah Ağayev Kond adalarında yeganə ürək qızdıracağım insan idi. Solovetsk adasınnda digər müsavatçılarla aclıqda iştirak etdiyi üçün onu Kond adalarına “ölümə” sürgün etmişdilər. Onunla bərabər 11 müsavatçını da sürgün etmişdilər. Görən onlar 29-30-cu illərin qışından sağ çıxdılarmı,-bilmirəm. Bütün hallarda onlar Kond adalarından heç vaxt geri dönməyəcəklər: çünki İSO qəsdən onları məhv etmək üçün oraya göndərmişdir. İnformasiya Təhqiqat Şöbəsi(ИСО-Информационно-Следственного Отдела-M.İ) bunun üçün heç də çox gözləməyəcək: aclıq payokları və orada hər gün şiddətlə yayılan tif xəstəliyi zatən onların həyatını bitirəcək ki bu da çekistlərin məmnuniyyətin artıracaqdır yalnız.
1929-cu ilin yayında doktor Ağayevə xarakteristika məzmunlu məktub göndərilmişdi.
“ Əziz Atam, ona kiçik oğlu müraciət edərək yazırdı, mən məktəbə getmirəm, çünki sən əksinqilabçısan. Atacan xahiş edirəm məktub yaz ki mən sənin oğlun deyiləm, məndən imttina et. Əsl həqiqətdə isə atacan mən səni çox sevirəm, çünki sən mənim atamsan:- bu imtina məktubu sadəcə mənim məktəbə bərpa olunmağım üçün lazımdır.”
Əgər həmin müddət mən Kond adalarında olmasaydım doktor Ağayev bu məktubu ala bilməyəcəkdi: məktub geriyə Gəncəyə göndəriləcəkdi, amma sevimli oğluna deyil, OQPU-ya. Və məktubu yazan ünvan “sosial təhlükəli” element siyasına daxil ediləcəkdi.
Məktubu götürüb doktor Ağayevin yanına gəldim və ona pıçıltıyla : “ Əzizim Cahangir sənə oğlundan məktub gəlib, oxu və həmən yandır söylədim. Ağayev məktubu zərfdən çıxararaq oxumağa başladı. Qəfildən üz əzələləri səyirməyə başladı, titrəmə tutdu, məktub tutduğu əlləri əsməyə başladı, gözlərindən yaş fışqırdı rəsmən, əlləriylə üzünü qapayaraq isterik bir vəziyyətə düşdü, dəlicəsinə hönkürərək özünün kirli taxta yatacağına üzüqoylu düşərək bayıldı. Mən həmən “aptek”ə qaçdım və yüksək dozda valerian damcılarını Ağayevə gətirərək yanımızdakı müsavatçı Rzaya: “ Doktoru sakitləşdirin” deyib tezliklə otaqdan çıxdım…
Əbədi rahatlıq olsun sənə əziz Cahangir, xatirən hər zaman mənə doğma və əzizdir…”
“ İkinci yadımda qalan aktiv mübarizə Azərbaycanın milli Müsavat partiyasının üzvləri müsavatçıların aclıq elan etmələridir. Bu müsavatçıların ən ağır fiziki işlər görməsindən partlaq vermişdir. Müsvatçılar öz ixtisaslarına uyğun iş tələb edirdilər. İSO çekistləriysə : “ Biz sizə “Ovsyanka” da öz ixtisaslarınıza görə iş verərik! “Ovsyanka” da mütəxəssislərə çox ehtiyac var. Orada Qusenko sizi gövdəni budaqlardan necə ayırıb doğramaqda mütəxəssis yapacaq.
Bir dəfə axşam müsavatçıların da olduğu 7-ci rotaya 10 kirşə gəldi. Rota komandiri İSO-dan olan çekistlərin iştirakıyla müsvatşıların əllərini,qollarını bağlayaraq kirşəyə qoyub üstlərini samanla örtərək Kremldən (Solovets Kremli-M.İ) çıxardılar. Kremldən çıxdıqdan sonra onları çekist-nadzorlar qarşıladılar və Ovsyankaya götürdülər. Ovsyankayadək yol 22 km-dir, amma müsavatçıları kirşədə kilometr yarımlıq yol getdikdən sonra düşürdülər, işkəncə etməyə başladılar: Ay sizlər, savadlı olmusunuz?! Aclıq elan etməyə başlamısınız?! Biz sizə aclıq etməyi öyrədərik. Kirşələrdən qalxın həmən! Kirşələrdən qalxan kimi çekistlər silahın dəstəyiylə onları döyməyə başladılar və sonra piyada yürüməyə məcbur etdilər.
“ Ovsyanka” ezamiiyətinə müsavatçılar sağ- salamat gəlib çıxdılar. Onlar məndən yolda və etdikləri aclıqdan yorğun düşdükləri üçün istirahət verməmi xahiş etdilər. Xahişlərini yerinə yetirə bilmədim, meşəyə oduna göndərdim çünki İSO-dan çekist Qusenkov bunu yazılı şəkildə yazaraq nəzarətinə götürmüşdü.
Aclıq nəticəsində bir neçə müsavatçı Ovsyankada həlak oldu, 15 nəfər isə Kond adalarına göndərildi ki onlar da əmək qabiliyyətini demək olar ki tamamilə itirmişdilər. Kond adası isə- qəbrə açılan qapı idi…
P.S. Kiselyov-Qromovun məlum iki kitabı üzərindən yola çıxaraq əlbəttə daha geniş, kapsamlı təsbitlər aparmaq olar. Mən sadəcə Azərbaycan tarixinin şanlı bir dövrünün fədailəri olan müsavatşıların ölüm düşərgələrində belə sınmayan əqidələrinə, yılmayan mübarizələrinə duyduğum heyranlıqdan dolayı bu hissələri paylaşmaqdan özümü saxlaya bilmədim. Halbuki kitabda müəllifin çox dərin və etkiləyici hörmətlə,həyəcanla yad etdiyi olduqca kibar tərbiyə görmüş, ona təklif olunan casusluq təkliflərini birdəfəyə həm də çox sərt bir qətiyyətlə rədd edən Adolf Nemirovskinin dəmir iradəsinin qarşısında Solovki ölüm düşərgəsi heç bir şey edə bilmir. Necə deyərlər yapılan min bir işkəncəyə ölənədək dik duruş sərgiləyərək ölümü belə “öldürən” qəhrəmandır Adolf Nemirovski. Maraqlıdır ki müəllif Nemirovski və doktor Cahangir Ağayevi, aclıq elan edən müsavatçıları Mübarizə aparanlar silsiləsinə daxil edir.
Bu kitabı oxuduqda ölüm düşərgələrində donanların şaxtasını bədənində hiss edir adam, kimsəyə Allaha belə çatmayan ahu- nalələrini eşidirsən…
Bu zülmü yapanları Tanrının və tarixin lənətinə həvalə etməkdən başqa yol qalmır.
Sovet rejiminin məruz qoyduğu zülümlər nəticəsində dünyasını dəyişən, haqsızlığa məruz qalıb şaxtada, soyuqda donan bütün insanların ruhları əbədi sakitçilik tapsın…

Məhəmməd İsrafiloğlu

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]