AzeriMəhəmməd İsrafiloğlu

Rəsulzadə və “şəfibəyçilik”

Keçmiş indiyə və gələcəyə suyun suya bənzəməsindən daha çox bənzər!".

“Keçmiş indiyə və gələcəyə suyun suya bənzəməsindən daha çox bənzər!”.
İbn Xəldun(1332-1406). XIV əsr filosofu, dövlət xadimi və tarixçisi.

AŞAĞIDAKI FİKİRLƏR M.Ə.RƏSULZADƏNİN “ŞƏFİBƏYÇİLİK” KİTABINDANDIR. ÇOX TƏƏSÜF Kİ YENƏ DƏ AKTUALDIR.AVROPAYA, RUSİYAYA SƏPƏLƏNMİŞ YURDDAŞLARIMIZ HƏLƏ DƏ BU CÜR YERSİZ KONFLİKT VƏ TƏFTİŞÇİLİYİN İÇİNDƏ BULUNMAQDADILAR. BEŞ TƏŞKİLATDAN BİR TƏŞKİLAT YARANMAQ ƏVƏZİNƏ BİR TƏŞKİLATDAN BEŞ TƏŞKİLAT YARANIR. SÖYÜŞ, TƏHQİQR VƏ NALAYİQ DAVRANIŞLAR ÜRƏK BULANDIRIR. İNQİLAB HAVASI ƏSDİRİLİR, AMMA GÖRÜNƏN O Kİ TƏK İNQİLAB ŞƏXSİ VƏ ÇİRKİN EQOLARIN DİQTƏSİNDƏN DOĞAN FİTNƏ,FƏSAD ENRJİSİNƏ TABE TUTDURULUR. ÖFKƏ, HİDDƏT, ŞİDDƏT OLDUQCA BÖYÜK NEQATİV ENERJİDİR AMMA BUNU POZİTİVƏ ÇEVİRMƏK DƏ HAMIMIZIN ƏLİNDƏDİR.
MƏLUM YAZIDA M.Ə.RƏSULZADƏ ÇOX BÖYÜK ENERJİ VƏ ÇABALARIYLA BUNU BACARMAĞIN PRAKTİKASINI VERİB. BİZƏ SONU çı-çi-çü ŞƏKİLÇİLƏRİYLƏ BİTƏN XƏSTƏ TƏFKKÜRÜN MƏHSULU OLAN “ şəfibəyçilik” ƏSLA LAZIM DEYİLDİR. ZATƏN ƏSƏRDƏN İQTİBAS ETDİYİM SON ABZAS RƏSULZADƏ MÜHACİRƏTİYLƏ İNDİKİ ARASINDA NƏHƏNG FƏRQİN BARİZ NÜMUNƏSİDİR.
M.Ə.RƏSULZADƏNİN DEDİYİ KİMİ: “MÜHACİRƏT ÜZVLƏRİ ARASINDA NÜFUZU OLAN VƏTƏNDAŞLARIN ƏN BÖYÜK VƏZİFƏSİ, FİTNƏNİ GÖRMƏK VƏ QAFİLLƏRİ OYADARAQ, DÜŞMƏN TƏLƏSİNİ ONLARA GÖSTƏRMƏKDİR!..
İNDİMİZƏ BAXIRSAN RƏSULZADƏ OLAN YOX Kİ, KİÇİK İSTİSNALARLA BÖYÜK ƏKSƏRİYYƏT “şəfibəyçi”lərdir.
HALBUKİ İNDİ RƏSULZADƏ NƏSLİNDƏN FƏRQLİ OLARAQ ORTADA SOVET İMPERİYASI KİM BİR DİVƏ QARŞI MÜBARİZƏ SÖZ KONUSU BELƏ DEYİLDİR.
VƏ RƏSULZADƏNİN “ŞƏFİBƏYÇİLİK” KİTABINDAN KİÇİK BİR ALINTI.

“Zühur edəcək hər hansı bir böhranda sovet rejimi çox böyük bir imtahan keçirəcək və Sovetlər birliyi ən əvvəl zəif olduğu nöqtələrdən, heç şübhəsiz, çatlar verəcəkdir. Qafqaz bu zəif nöqtələrin birincisidir. Qafqaz mühacirətinin əcnəbi dövlətləri Qafqaz işlərinə müdaxiləyə sövq etdirmək məşğuliyyəti barədəki sovet mətbuatının yazıları, əlbəttə, mənasız deyildir. Bunun üçün də onlar var qüvvələrini bu mühacirəti dağıtmağa sərf edir, əllərindən gələn hər vasitə və hər dürlü fitnə ilə onu dost və rəqib yanında etibarsız, öz aralarında düşmən və hər cür fəaliyyətə aciz hala gətirmək istəyirlər.

Düşmən bunu istəyir. O istəyir ki, biz dağılaq, aramızda həmrəylik və birlik qalmasın. Nə kiçiklərin böyüklərə hörməti, nə də böyüklərin kiçiklərə nüfuzu olsun! O, düşməndir, istər. Bu onun haqqıdır. Yetər ki, biz biribirimizə düşmən olmayaq. Yetər ki, hürriyyət və istiqlal eşqi ilə yanan biz məfkurəçilər xeyirlə şəri ayırd edək. Unutmayaq ki, yolumuz hürriyyət və istiqlal yolu, qayəmiz yüksək və müqəddəsdir! Şəhidlər karvanı ilə sərilmiş bir yolla gedirik.
Düşməni sevindirmək haqqımız yoxdur. Fitnədən qorunmaq vəzifəmizdir. Mühacirət üzvləri arasında nüfuzu olan vətəndaşların ən böyük vəzifəsi, fitnəni görmək və qafilləri oyadaraq, düşmən tələsini onlara göstərməkdir!..”

Biz heç bir zaman bütpərəst olmadıq, aramızdan büt olmaq istəyənlər də çıxmadı. Fəqət millətimizin idealları üçün acizanə yapdığımız xidmətə hörmət olaraq vətəndaşlarımızdan və məsləkdaşlarımızdan gördüyümüz münasibəti məmləkətimizin düşmənləri təbii olaraq istehza ilə qarşıladılar. İstifadə etdikləri “büt” ifadəsilə bizi aşağılamağa qalxanlar, bununla ancaq özlərinin nə yuvanın quşu olduqlarını və kimlərdən ilham aldıqlarını göstərmiş olurlar.

KƏDƏRLİ BİR HAŞİYƏ

M.Ə.Rəsulzadə və Dava Arkadaşlarına çamur atan “Şəfibəyçilik” yazısına acı vəsilə olan Şəfi bəy Rüstəmbəyli (1893-1953) – Azərbaycan istiqlal mücadiləsinin fəal iştirakçılarından biri Azərbaycan parlamentinin üzvü olmuşdur. Gözəl hüquqçu, iti qələm sahibiydi. Şəfi bəy həm də Cümhuriyyət dönəmində mətbuat haqqında ilk qanunun müəllifi olub.Aprel işğalından (1920) sonra ölkədən mühacirət etmişdir. Eyni zamanda 27 aprel 1920-ci ildə Cümhuriyyət Parlamentinin hakimiyyət məcburi şəkildə bolşeviklərə təhvil verən son fövqəladə iclasında axır nəfəsimizədək vuruşaq, qoruyaq gənc dövlətimizi deyərək qətiyyətini ortaya qoysa da bu mümkünsüz idi artıq. Və bu istilaya dözməyərək uşaq kimi hönkür-hönkür ağlamışdır.Səhv etmirəmsə bu epizod parlament iclasının yazılı stenoqramına belə düşübdür. Kaş ki,mühacirət illərində birgə Yol getdiyi Dava Arkadaşlarına kin və öfkə qusmasaydı. Kaş ki…

Məhəmməd İsrafiloğlu.

Etiketler
Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı