Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriYalçın Qəhrəmanoğlu

Bir millət olaraq biz həm dost olmağı, həm də düşmənçilik etməyi bacarımışıq.

Buna əyani misal olaraq bu yaxınlarda müğənni Zaranın Bakıya gəlişini qeyd edə bilərik.

Son zamanlar biz azərbaycanlılar bütün dünyaya tolerant və multikulturialist olduğumuzu sübut etmək üçün dəridən-qabıqdan çıxırıq.

Bunun üçün hətta ermənilərə qarşı humanistlik nümayiş etdiririk.

Buna əyani misal olaraq bu yaxınlarda müğənni Zaranın Bakıya gəlişini qeyd edə bilərik. Tarixə nəzər salsaq görərik ki, biz həm azəri türkü, həm də müsəlman olaraq humanizmin ən yüksək zirvəsində dayanmışıq, harda ki, həm tolerantlıq, həm də multikulturializm sözün həqiqi mənasında nümunə olacaq dərəcədə çox olub.

Bir millət olaraq biz həm dost olmağı, həm də düşmənçilik etməyi bacarımışıq. Ancaq indiki dövrdə düşdüyümüz situasiya bizdən ilk öncə bizdən düşmənçiliyi məntiqi sonluqla tamamlayıb ardınca dostluğa başlamağı tələb edir.

Rəhmətlik Hümbət babamın yaşadığı Soyuqbulaq kəndi Dağ Borçalının bir hissəsi olsa da, Ermənistanın inzibati ərazi bölgüsünə daxil olub və bu mürəkkəb regionda ermənilərlə daima təzadlı münasibətlər olub, zaman-zaman həm milli zəmində münaqişələr baş verib, həm də adi insanlar arasında mehriban qonşuluq münasibətləri hökm sürüb.

Babamın evini tikən erməni usta ilə aralarında dostluğun olması, həbsdə olarkən erməni alimdən elm alması yuxarıda qeyd etdiklərimə misaldır. Hümbət babamın erməni ustaya “siz ermənilərin aranızda belə yaxşı insanlar ola-ola nə üçün tarix boyu sultanlar ermənilərə pis münasibət göstərib” sualına, Suren usta gülümsəyərək “ilk öncə ermənilərin yaxşı olduqlarını hesab edən sultanlar onları dizlərinin üstündə otuzdurub, ermənilər isə əl atıb sultanların saqqallarını dartışdırıblar” deyə cavab verib.

Digər babam – Mahmudun toyuna ermənilər basqın ediblər, o da öz növbəsində göy atın arxasından hücum edənləri həlak edib, qan tökülüb, düşmənçilik olub, amma bir müddət sonra Binnətli ailəsində ermənilərlə duz-çörək kəsilib.

Yalçın Qəhrəmanoğlu

Ukrayna Haber

Ukrayna'nın, ilk Türkçe haber sitesi.

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]