DünyaGündemHaberler

1989-CU İL 31 DEKABR TARİXİNƏ GÖZƏL BİR MAZİ VƏ UTANAN TARİX…

“Tarih yazmak, tarih yapmak kadar mühimdir. Yazan yapana sadık kalmazsa

Mustafa Kamal ATATÜRKÜN gözəl bir deyimiylə: “Tarih yazmak, tarih yapmak kadar mühimdir. Yazan yapana sadık kalmazsa değişmeyen hakikat insanlığı şaşırtacak bir mahiyet alır.” (1931)
31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəyliyi Günü Tarixində də nə yazıqlar olsun ki,”yazan” Yaradana sadiq deyil.Məddah və saray təlxəkləri səviyyəsində təhrif sahibləri ,“tarixçi və şairciklər” bu Tarixin əsla və əsla muhattabı deyildir.Vaxtilə əməl və fikir birliyindəm yaranan bu şanlı tarix də çox təəsüf ki əsl qayə və mahiyyətindən azdırılaraq olduqca şablon mənasız çərçivələrə salındı.Məsələnin ən ilginc tərəflərindən biri də odur ki vaxtilə bu hərəkatda iştirak edən bəzi aparıcı şəxslər bircə dəfə də olsun fikirlərində xalqın möhtəşəm birliyini qaynaq kimi göstərmirlər.Kollektiv şüurdan doğan bizləri olmayıb cılız və eqoist “mən”lərə,mənəm-mənəmliklərə sığınmaqla hamının zəndeyi-zəhlələrini tökməkdələr hər il bu zaman. Başqa bir tərəfdə isə yalnız sözdə həmrəylik meydanda və sosial şəbəkələrdə at oynadır,adam lap Azərbaycanda yaşamaq istəyir bunlara baxanda.Amma heç kim də Azərbaycanda yaşamır və yaşamaq istəmir.Qəribə paradoksdur,elə deyilmi?!
Formul İsmayıl Bəy Qaspıralıdadır: “Dildə,fikirdə və işdə Birlik”.
Bu olmayınca hər şey bir boş.
Dildə,fikirdə, və işdə,əməldə Birliyimizi Yaratmaq diləklərimlə hər kəsin qarşıdan gələn Bayramı kutlu olsun!
Yurdumuz məsud,yuvamız bəxtiyar olsun!

AŞAĞIDA 29 İL ÖNCƏ İŞTİRAKÇISI VƏ ŞAHİDİ OLDUĞUM MÖHTƏŞƏM 31 DEKABR TARİXİYLƏ BAĞLI XATİRATIMI PAYLAŞMAĞI ÖZÜMƏ BORC BİLDİM.ÇÜNKİ TARİX ƏN ÇOX İÇİNDƏ BULUNDUĞU ZAMANA TABEDİR…
“Tarix, bizzat insan davranışlarının yorumlanmasıdır. Ancaq çağdaşlarımız, hətta günlük yaşamımızda yaxın dost və arxadaşlarımızın davranışlarını belə yanlış yorumlarkən, bizdən yüz iıllər öncə yaşamış insanların davranışlarının doğru tabir ve yorumu bundan çox daha zordur. Bu nədənlə tarixi kayıtların çox diqqətli ələ alınması lazımdır.”
Muhammed İkbal.(1877-1938. Pakistanlı İslam alimi, şair, filosof ve politikacı).
Bu yazı 16-17 yaşlarımda, yaşadığım şanlı tarixin kiçik bir anısıdır.İkbal demişkən “tarxi kayıtların çox diqqətli ələ alınması”na birdə o tarixin Ruhunu qatmağa çalışmışam bəzəksiz-düzəksiz,necə varsa…
Amma günümüzdə, gözümüzlə gördüyümüz hadisələri kökündən elə təhrif edirlər ki, adam içindəki vicdanının işığının və səsiylə bu saxtakarlığa var gücüylə etiraz edib Dur hayqırmaq istəyir!
Məndə belə etdim.
Sabir demişkən:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

1989-CU İL 31 DEKABR TARİXİNƏ GÖZƏL BİR MAZİ VƏ UTANAN TARİX…
Culfa.31 dekabr 1989 cu il…
Azadlıq meydanı(köhnə Lenin meydanı-M.İ.),Təbriz küçəsi.İliklərimizədək işləyən soyuqdan rəsmən dırnaqlarımız göynəyirdi,günəşli havaya baxıb elə bilirsən ki,səni qızdıracaq,amma quru sazaq adamın lap nəfəsini kəsirdi.
Amma meydan ağzınadək dolu tərəddüdsüz birlik nümunəsi,Arazın o tayıyla bu tayını birləşdirən qızğın,alovlu çıxışlar hər kəsin içini elə isindirirdi ki…
İllərlə tikanlı məftillərlə təkcə torpaqlarımıza deyil,elə bil ürəyimizədə sancılıb,çəpər çəkilən o nifrətdolu sərhəd dirəkləri o gün hər kəsin lənət bildiyi əfsunlu bir tilsimiydi lap nağıllardakı kimi.
Şair R.Behrudinin şerindəndir:-“Sən qızıl almasan divlər əlində,niyə dönəmmədik Məlikməmmədə?!” bu misralar.Meydan hərəkatına sonradan həsr etmişdi bunu.
Amma həmin gün Azərbaycan tarixinin ən şanlı günüydü,hər kəs Qızıl Almanı qoruyan Məlikməmməd idi 7-yaşından 77-dək.
17 yaşın içindəydim bu gözəl,həyəcanlı hadisələrin iştirakçısı olanda və hamının içindəki Vətən sevgisi,Bütövləşmə həsrəti eyni boyda,eyni miqyasda idi.Bir sözlə bu xalqın özünün yaratdığı əsl fenomen idi.Üzərimizə tuşlanan Sovet-rus əsgərlərinin topu,tüfəngi də,yekə Divin(həmdə şimal ayısının-M.İ) heybətli görünüşüdə əridi getdi bu hiddət və şiddət qarşısında.

Uca təpədən üzüaşağı Araz çayına doğru var gücümüzlə qaçırdıq,təpədən kəlləmayallaq aşıb,kol kosa ilişib cırılan şalvarımın dizindən axan qanda,sifətimdəki kolların cızdığı şırımlarda vecimə deyildi…
Araza yaxınlaşıb o soyuqda ağlaya-ağlaya üzümüzü yuyurduq,elə Arazda ağlayırdı sevincdən,bunu orada iştirak edən hər kəs duyurdu sövqi təbii olaraq və hərə bir cür ifadə edirdi bunu,bəlkədə ifadə etmək üçün duyğu yükü aciz qalırdı bu anda…
Culfalı pəhləvan Sərvər və ucaboy kök,iri cüssəli İsmayılın o soyuqda böyük şövqlə Arazda üzməsi qışımızı bahara döndərmişdi.Hər kəsin üzündə güllər açmış,güllələr aciz qalmışdı.Bu tarix idi.Bəzəksiz,düzəksiz,şanlı bir tarix!
Hüseyin Nihal Atsızın gözəl bir deyimi var: “Tarix öncə bir gerçək,sonra isə tərbiyə vasitəsidir.”
Mərhum Ə.Elçibəyin ideya rəhbərliyiylə gerçəkləşən bu tarixin möhtəşəmliyinin sirridə elə buydu.Dünyadakı bütün Azərbaycan Türklərinin həmrəyliyi bu tarixdən doğdu və ideyalaşdırıldı,bir gün gerçək olması üçün.
Bu tarixin canlı şahidləri onuda etiraf edərlər ki,həmin vaxtlarda bir qisimdə var idi ki,tamamilə əks cəbhədə idilər.”Sovet-rus əsgərinin çəkməsinin tozuna qurban olum” deyib indiki üçrəngli istiqlaliyyət bayrağımızla çəkmələrinin tozunu silirdilər,həqarət edə-edə.Amma sonradan elə bu qisimdə az qala bu tarixin memarlarıymış kimi çıxış edib yüksək vəzifələr əldə edib,ölkəni talan,tarü- mar edib müstəqilliyin dadını çıxardılar.
Əsl vətənpərvərlər isə içlərindəki Vətən sevgisini pıçıltı ilə oxudu,al qanına bürünüb şəhidliyin uca zirvəsinədək yüksəldilər və ailələrinədə keçim sıxıntısı,məşəqqət qayğıları mirasını buraxdılar.
Bu miras o möhtəşəm tarixə yaraşmadı və Tarix bundan utandı…
CƏVAHİRLƏL NEHRUNUN DEYİMİDİR:”TARİXİ OXUYUB ÖYRƏNMƏK YAXŞIDIR, ANCAQ TARİXİN YARANMASINA YARDIMÇI OLMAQ BUNDAN QAT-QAT MARAQLI VƏ CƏLBEDİCİDİR.”
VƏ BİZLƏR 31 DEKABR 1989 CU İLDƏ O ŞANLI MARAQLI TARİXİN YARANMASINA BÜTÜN RUHUMUZLA,CANIMIZLA,QANIMIZLA YARDIMÇI OLDUQ HƏR ŞEYƏ RƏĞMƏN…
Tolstoyla bitirirəm:”Vətənpərvərlik-naqislərin gizləndiyi son məkandır…”
Məhəmməd İsrafiloğlu.

Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu