Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
Azeri

MƏHƏMMƏD İSRAFİLOĞLUNUN AKSİYASI

VƏ AVRAAM LİNKOLNUN MÖHTƏŞƏM MƏKTUBU

Qarşıdan Müəllimlər günü gəlir. Bayram həftə sonuna düşdüyü üçün bu gündən başlamaq qərarına gəldim.İlk dəfə olaraq Dostluğumda olan hər kəsdən bir ricada bulunacağam. Statusumun əsas mətni ABŞ-ın 16-cı Prezidenti omuş Avraam Linkolnunun oğlunun Müəlliminə yazdığı məktubdur. Bu məktub pedaqogika, təhsil psixolgiyası, topluma yararlı vətəndaş yetişdirmək adına bir şedevrdir. Amma nəzəriyyəsiylə deyil gözəl bir praktikasıyla. Mən şəxsən Müəllimlər Günündə bu məktubu Ukrayna dilində variantını nəfis şəkildə çap etdirib gözəl bir konvertə qoyacağam və oğullarım Atabəy, Alp ƏR Tunqaya bir gül dəstəsi alıb Müəllimələrini təbrik etmək üçün məktəbə yollayacağam. Özünü pedaqoq, əsl müəllim hesab edən hər bir müəllimin bu məktubdan etkilənməməsi mümkün deyil qənaətindəyəm. Lütfən Sizlər də bunu yapın! Bəlkə məni fazla idealist, mübaliğəçi hesab edənlər də tapılacaq aranızda.Amma bu cür düşünənlərin ətalətinə, pessimizminə üzülməkdən başqa çarəm yoxdur biləsiniz.Bəlkə də yaşam üçün iqtisadi şərtlərin dözümsüzlyü kefinizə soğan doğramış vaxtına da dəng gələcək bu məktub, hətta “ avazın yaxşı gəlir oxuduğun Quran olsa” deyib dalğa keçənləriniz də olacaq mənimlə. Amma bir şeyi unutmayın ki bir çox zamanlar fəlakətlər içərisindən elə parlaq intibahlar doğur ki bunu təhmin belə edə bilməzsiniz. Fransada XVIII yüzillikdə AYDINLANMA çağı başlarkən də Fransa güllük-gülüstan deyildi, diktatura at oynadırdı, toplum dərin bir pesssimizm, cəhalət içindəydi.Fəqət AYDINLANMA ÇAĞINI başladan maarifpərvərlər bu toxumları səpməkdən çəkinmədi və bu bəhrədən sonralar yaranan Fransa bütün Avropanın,dünyanın həsəd yerinə çevrildi elmin-texnikanın inkişafı, insan hüquqlarının ən ali dərəcəsini təmin etmək adına. Unutmayaq ki, milli, fikri, siyasi, iqtisadi istiqlalların kökü sistemli, güclü təhsilə, maarifləndirməyə möhtacdır.

Övladlarınızın, nəvələrinizin təbrik üçün müəllimlərinə götürdüyü məktub sizləri bir məqamı da tam aydın edəcək. Bu məktub müəllimin, pedaqoqun duyğularına, hisslərinə və ən nəhayət ağlına təsir edəcəksə, hər bir şagirdə münasibətində yeni bir səhifə acacaqsa demək ki uşaqlarınız əmin əllərdə. Əksi baş verəcəksə demək ki övladınızın təhsili, müəllimi konusunda iki kərə düşünməli olacaqsınız. Linkolnun məktubu bütün dillərdə tərcümə olaraq vardır, biləsiniz. Sadəcə bizə düşən məktubu övladlarımızn əliylə, bir gözəl gül buketiylə müəllimlərinə təqdim etmələrini sağlamaqdır. Gözəl effektini görəcəksiniz!
Mən artıq məktubu hazır etmişəm və Müəllimlər günündə bu mühüm işi mütləq yapacağam. Sizlərdən də böyük dəstək gözləyirəm! Məktubun sonunda Linkolnun : Mənim oğlum elə yaxşıdır ki…” zehniyyəti bir an da Sizi tərk etmədən yapın bunu!


VƏ AVRAAM LİNKOLNUN MÖHTƏŞƏM MƏKTUBU

Hörmətli müəllim! Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim.
— Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var.
— Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir.
—İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı.
— Onu qısqanclıqdan uzağa yönəldin.
— Ona səssiz gülüşün sirlərini öyrədin.
— Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin.
— Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. — Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin.
— Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. — Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin.
— Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.
— Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona.
— Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, Ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamasını, və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona. — Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır.
— Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoyun, cəsur olacaq qədər səbri olsun.
— Ona həmişə: Özünə inanmağı öyrədin. Beləcə bəşəriyyətə də inamı daim olacaq. Bunlar asan məsələlər deyil, amma baxın nə edə bilərsiz… Mənim oğlum elə yaxşıdır ki…”
AVRAAM LİNKOLN, 1855-Cİ İL.
VƏ QARŞIDAN GƏLƏN MÜƏLLİMLƏR GÜNÜ MÜNASİBƏTİYLƏ BU ÇƏTİN, ŞƏRƏFLİ PEŞƏNİN ÖHDƏSİNDƏN GƏLƏN HƏR BİR PEDAQOQ-MÜƏLLİMİ ÜRƏKDƏN TƏBRİK EDİRƏM!

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]