Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

Millət Fədaisi – Pişəvəri

“Mən 11 il İranda Qəsri Qacar zindanında təkadamlıq kamerada qaldım, Rza şah və Qəvamüssəltənə məni məhv edə bilmədi. İndisə nəhayət, onlar öz niyyətlərinə çatdılar”

Bu gün Azərbaycan Demokrat Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin sədri (1945-1946) Seyid Cəfər Pişəvərinin doğum günüdür. Bu böyük mücadilə Adamı getdiyi və tutduğu Yoluyla tariximizə örnək bir şəxsiyyət, ictimai-siyasi Dövlət Xadimimizdir. Azərbaycanın güneyində inanılmazı başarsa da, mövcud geopolitik durumlar,ingils-fars-Sovet üçlüsündən doğan fitnəkar siyasətin qurbanı oldu Pişəvəri.Bu hər zaman belədir nə zaman ki Azərbaycan Türkü öz milli kimliyinə,Dövlətçiliyinə varmaq istəsə pusquda yatan düşmən güclər iti dişlərini qıcardaraq ən amansız qəddar, saldırılarını yapar. Pişəvərinin daha bir faciəsi Sovetlərə, Stalinə inanmasıydı. 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. L.Salayev qəza haqqında xəbəri alan kimi Pişəvərinin, onunla birlikdə qəzaya uğramış general Qulam Yəhyanın və Azərbaycan DTK-sının əməkdaşı Nuri Quliyevin yerləşdirildiyi rayon xəstəxanasına gəlmişdi. Pişəvəri ona vəziyyəti danışdıqdan sonra bir neçə dəfə «xəyanət» sözünü təkrar edərək özünün qəza ilə bağlı şübhələrini danışmış və bildirmişdi: “ Mən 11 il İranda Qəsri Qacar zindanında təkadamlıq kamerada qaldım, Rza şah və Qəvamüssəltənə məni məhv edə bilmədi. İndisə nəhayət, onlar öz niyyətlərinə çatdılar”. Çox təəsüf ki bu sözlər belə onu xain tuzağın caynağından qurtarmadı və bu böyük Mücadilə İnsanının da missiyası yarımçıq qaldı…

1945-ci il 12 dekabr tarixi Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökuməti yaranmışdır. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Az bir zamanda böyük işlər görüldü,milli kimliyimizə varıldı.Fəqət nə zaman biz doğma dilimizə,tariximizə,dövlətçiliyimizə sahiblənmək istərsək farsın,rusun,ingilisin quduz köpək sürüsü canımıza,qanımıza susayar qəddarcasına.Bütöv Azərbaycan olma şansımıza yenə kin qusuldu,qan qusdurulduq.Fədailərə divan tutuldu,doğma dilimizdə kitablarımız yandırıldı,kurşuna dizilən fədailərin ailələrindən onları tuşlanan güləllərin pulu ailələrindən tutuldu…
KƏDƏRLİ BİR HAŞİYƏ…
Edamdan iki gün öncə Milli Hökumətin Baş Prokuroru olmuş 27 yaşlı Firudin İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı
kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ
köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna vurdu.
Səliqəsinə xüsusi diqqət yetirdi. O, bəzi yoldaşlarının təəccübünü
görüb onlara dedi: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində
keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?”
F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin
Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam
olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti
olaraq üzünü Savalan dağı istiqamətinə tutaraq başı ilə təzim etdi və
sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi:
“Yaşasın Azərbaycan!
Yaşasın azadlıq!
Məhv olsun istibdad!
Hələ başqa bir dar ağacı örnəyi var.Dəhşətdir mətin iradə,yenilməz ruhu anlatan QULU SÜBHİ örnəyi.Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri olmuş general-mayor Cəfər Məmmədzadənin nəvəsi Cəfər bəyin dediyinə görə Qulu Sübhünün dar ağacındakı son sözləri belə olub.
Cəfər bəyin dedikləri:
– Bu titrək bina çox da yaşamayacaq. Bu qanlı üsuli-idarə daha davam etməyə qadir deyil. Ölüm üçün heç kimdən minnət götürmək fikrində deyiləm. Xalq uğrunda, azadlıq yolunda ölümə getməklə əbədi bir şərəfə qovuşmaq, ucuz yaşamaqdan min dəfə xoşdur.
Sübhini dar ağacına qaldırıb ipi boynuna salırlar. İp dərhal qırılır. Yerdən cəld qalxan polkovnik Qulu Sübhi Nuri qəzəblə qışqıraraq deyir:
– Cəlladlar, indi mənim dediklərimə inandınızmı? Sizin hətta dar ağacınızın ipi də çürümüş və davamsızdır.
Ana yurdumsan, ey şanlı Vətən,
Həmişəlik yaşa Azərbaycan…
Bu, mərd polkovnik Qulu Sübhinin son sözləri

Məhəmməd İsrafiloğlu

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]