Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

MƏRHƏMƏTİ ƏDALƏTİNDƏN ÜSTÜN OLAN ƏBÜLFƏZ ELÇİBƏY…

Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!"

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Ə.Elçibəyin vəfatından 19 il keçir.Tarixdə,həyatda bəzi insanlar,şəxsiyyətlər vardır ki,onların yoxluğu böyük bir boşluğa yol açır.Vaxtilə bu azman şəxsiyyətə dodaq büzən,daş atanlar özləridə indi etiraf edir ki,bu yoxluq heç zaman doldurulmayacaq bir boşluqdur.Əbülfəz Bəyə bir çox iradlar tutmaq olar milli hakimiyyəti qətiyyətlə qorumadığına görə,amma dövlətə,millətə xəyanətdə əsla!
Şair Rüstəm Behrudi demişkən “Ə.Elçibəy səhv edə bilər,amma günah işləyə bilməz”.
Nə etməli ki,Ə.Elçibəyin mərhəməti ədalətinin hər zaman üstündə oldu…
Amma özünün xalqına son vəsiyyətində dediyi kimi gün gələcək ” Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!”
Biz çox zaman kimi itirdiyimizin fərqində belə olmuruq.Aşağıdakı fikirləri eninə-boyuna hansı analiz süzgəcindən keçirirsən keçir qarşında bir ALİMLƏR SULTANI Ə.Elçibəy surəti canlanır.Onun haqqında təpədən dırnağa TÜRK milliyətçisi deyirlər,məncə Ə.Elçibəy təpədən dırnağa həm alim həm də,beyni təfəkkürün bütün istiqamətlərinə üzə bilən nəhəng gəmini andiran münəvvər bir aydın,parlaq zəka sahibi olan Uca Şəxsiyyət idi eyni zamanda…
Onun dilindən tarix,fəlsəfə,din haqqında səslənən fikirlərin heç bir analoqu yoxdur,üslub mükəmməl,xronologiya tam öz axarında,tarixin perspektiv və retrospektiv axışı fövqəladə heyranedici,iknaedicidir.
Hələ Onun özünəməxsus tarix fəlsəfəsi,heyrətamiz sosial bilgi və yanaşmaları qeyri-adi,unikal bir tapıntıdır ayrıca olaraq.
Millət olaraq bu üzdən Ə.Elçibəyi tanımadığımıza yazıq…
Tanrı Ulu Kağanımızı alarak təkcə bizdən üz çevirmədi…
TÜRK Ulusu həm də Böyük bir Bilgə,Alim itirdi…

“Prezident millətin rəhbəridir. Mən, məsəlçün, deyim ki, mənəvi rəhbər olsam və doğrudan da, xalq yaxşı bir prezidenti seçsə mənəvi rəhbər kimi bütün ömrümü o prezidenti ucaltmağa və onu müdafiəyə sərf eləyərəm. Çünki millətə mənəvi rəhbərdən çox, siyasi, dövlət rəhbəri lazımdır. Doğrudan da elə bir adam – xalqın sevdiyi bir adam seçilsə onun Şəxsiyyətini ucaltmağa, tərifləməyə çalışaram ki, Azərbaycanda dövlət və dövlət rəhbərliyi müqəddəsləşsin, millətdə dövlətçilik müqəddəsliyi yaransın. Mən həmişə Azərbaycan alimləri ilə maraqlanmışam. Onlardan biri də çox qəribə taleli Ağ Şəmsəddin olub. Bu böyük sufi Sultan Mehmet Fateh’in müəllimi və mürşidi olub. Sultan İstanbulu fəth edəndən sonra mürşidinin yanına gəlib və deyib ki, Şeyxim, icazə ver, sənin yanından daha getməyim. şeyx deyib ki, dur buranı tərk elə və bir də bura gəlmə! Mürşidə də “niyə?” sualı vermək olmaz – sual verən təriqətdən çıxır. Orada belə bir sistem var – mən mürşidimin sözünü ata-anamın sözündən üstün tutacağam, dediyi – mənimçün göydə Allahın, yerdə onun sözüdür. …Və sultan gedir, üç aylıq narahatlıqdan sonra, nəhayət, mürşidindən xahiş eləyir ki, onu qəbul eləsin, hansı günah işlətdiyini ona anlatsın. Onda Şəmsəddin deyir: “SƏNİN XALQ ÜÇÜN BİR SAATLIQ ƏDALƏTİN ALLAH YANINDA MƏNİM QIRX İLLİK İBADƏTİMDƏN ÜSTÜNDÜR”. Bax, bu prinsip əsas olmalıdır. Bizdə də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti qiymətli olan prezident seçilməlidir. Azərbaycanın belə bir adama ehtiyacı var. Və mənə elə gəlir ki, xalq elə birini yetişdirəcək və canını qurtaracaq. -Axı Siz də ədalətli adamsınız… -Yox, mən o məqamda deyiləm… Mən daha çox… ƏDALƏT TAMAM BAŞQA ŞEYDİR. TAMAM… …Çox yekəxana çıxmasın, tarixçi olduğum üçün tarixin özünün bir fəlsəfəsi var mənim beynimdə. Orada belə bir şey var – İNSANLARIN ƏN YÜKSƏK ŞEY RUH MƏSƏLƏSİDİR. Ancaq bu ruh maddisiz olmur. Maddiyyatdan kənar o ruh müəyyən bir dövr bədəndə qərar tuta bilər – müəyyən bir dövr. Nəcib Fazilin “Gəncliyə xitabə”sində də belə bir yer var ki, maddiyyatı təmin edərək mənəviyyatı yüksəldəcəksən. Məqsəd mənəvi aləmə getməkdir. Burada madiyyat bir pillədir və bu pilləsiz olmur. Bu, bir pillə, bir vəsilədir o yolda. Kimsə Şeyxlik eləyə bilər – başına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb öz mənəvi aləmləri ilə də yaşaya bilər. Ancaq bu, bir hissəcikdir, cəmiyyət deyil. Cəmiyyət isə tələb eləyir, yaşamaq istəyir. […] Cəmiyyətin tələbatı var və o ödənməlidir, yəni iqtisadiyyat əsasdır. […] Maddi tələbat reallıqdır və sən bu reallıqla barışmalısan.”
Mənbə: Ədalət Tahirzadə.”Prezident Elçibəy” kitabından.

Məhəmməd İsrafiloğlu.

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]