Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

Ukrayna və Rusiya

Kafkasya’nın hürriyetini temin eden şey Rus saldatının kıyafesindeki yenilik olamaz. Rus saldatı, Kafkasya silsile-i cibalinin [sıradağlarının] ötesinde bulunmadıkça, kendisine ‘kızıl’ bile denilse, siyah kartal vazifesinden başka bir rol oynayamaz.” M.Ə.Rəsulzadə

Masamın üzərində M.Ə.Rəsulzadənin 91 il öncə “Yeni Kafkasya” yayınlarından “Ukrayna və Rusiya” məqaləsi durur. Oxuduqca bu böyük siyasi dühanın mükəmməl təsbit və analizlərinə heyrət edirəm. Olduqca sadə üslubla anlatılan dəqiq təhlilər bu günkü Ukrayna və Rusiya üçün necə də xarakterikdir.

Tarix sanki yenidən təkərrür edir.Öz tarixlərini unudur kimi olduqlarından Ukraynalılar onu təkrar yaşamağa məcburdurlar günümüzdə.Əslində “öz tarixini yaratmayan bir millət onu təkrarlamağa məcburdur”(M.Qandi) aksioması eyni boyutlarıyla təcəlli etməkdədir bu coğrafiyada.

M.Ə.Rəsulzadə məlum məqaləsində yazır:”Müstakil Rusyanın mükkaderatında en büyük rol oynayan mesele şüphesiz Ukrayna meselesidir!

“Büyük Rusya” ile “Küçük Rusya” anlaşacak, kendi aralarında ümumi bir lisan bula bilecekmi? Yoksa “Moskal”ların kendisine verdiği ”rus” sıfatını nefretle redd eden “Ukrayna” müstakil bir mevcudiyyet mi teşkil edecek? İşte bu mesele ki yalnız Dinyeper sahili ile Don nehri havalisinin hürriyyet hasreti ile çırpınan Ukrayna köyleleri ile “Kazaklar”ın degil “Büyük Rus” emperyalizmi altında kalmak istemeyen bütün milletleri alakadar eder.”

Rəsulzadə bu fikirləri işığında elə bil bu günkü Ukraynanın “ölüm qalım” mövcudiyyətindən doğan savaşı bütün incəlik və dərinliyiylə dilə gətirilmişdir.

Rəsulzadə daha sonra qeyd edir ki: “Kommunistlerinden tutmuş monarşistlerine kadar bütün Ukrayna siyasileri Germanofilleri, Polonofilleri hatta Rusofilleri de dahil olduğu halde-Rusyadan ayrılmak kararını vermişlerdi.

Aynı gazetenin(“Poslednie novosti”-M.İ.) malumatına göre kommunist Ukraynalılar bile “Moskovanın başındakı müşkülat artdıkca, milli taleplerini arttırıyor ve tam istiklale doğru hız alıyorlarmış; Kommunistlerin haricinde mühalefette bulunan Ukrayna partileri de Rusya birliği fikrine katiyyen yanaşmıyorlar.”

İşdə bu günümüzdə Rəsulzadənin vurğuladığı mühacirette bulunan Ukrayna partililerinin torunları eyni şiddət, vətənsevərliklə “Kiçik Rusya”nı “Böyük Rusya”nın vəhşi pəncələrindən birdəfəlik kurtulmanın savaşını verirlər.

M.Ə.Rəsulzadə bu məqaləsində daha uzaqgörən bir təsbitini dilə gətirir:

“Kramada”çılara görə 1918 senesinde “İstiklal şiarından korkmayan Estonya, Latviya ve Litva zabit ve münevverleri şimdi kendi evlerinin sahibidirler, halbuki Ukraynalılar sefil sergedandırlar.Bu sefalete intiha verecek şiar ” ancak istiklal ve yalnız istiklaldır!”

1980-ci illərin sonlarında keçmiş postsovet ölkələrində yaşayan digər xalqlardan fərqli olaraq ideoloji-siyasi təşkilatlanma, siyasi praqmatizm baxımından daha doğru, dürüst instutlaşmış dəqiq metodlarla mübarizə aparıb SSRİ-nin tərkibindən ən az zərərlə, qurbansız azad olub bu gündə Ukrayna və bizlərin həsəd yeri olan Pribaltika ölkələri ənənəvi dövlətçiliyini bərpa etməkdə gözəl bir tarixi təkərrürə imza atmağı bacardılar.

XXI yüzil Ukrayna-Rusiya arasında bütün istiqamətləriylə – siyasi, ideoloji, məfkurəvi baxımdan- ən sərt, qanlı qarşıdurmalarıyla “ən uzun əsr” (Prof. İber Ortaylı) oldu və olmağa davam edir. Görünür ki, proses gərgin olaraq hələ də davam edəcəkdir. Əslində məsələnin kökləri dərindir. Romanovlardan, Lenin başda olmaqla Bolşeviklərdən və 73-74 illik Sovet dönəmindən üzü bəri hep Rusiya özünün VELİKORUS şovinizmindən qaynaqlanan, əsarətində saxladığı xalqlara qarşı yürütdüyü “Ayır! Buyur!” siyasətiylə lənət-nifrin bayrağı olmuşdur. Bu irtica siyasətinə qarşı bütün dönəmlərdə ayaqlanmalar olsa da öz hürriyyəti uğrunda savaşan xalqlara qarşı Rusiyanın güclü “jandarm pəncəsi” çox təəsüf ki qalib gələ bilmişdir.

Velikorus şovinizminin bəhrəsi olan imperiya təfəkkürü nə yazıq ki çar Pyotrundan tutmuş, çarıqlı rus kəndlisinin, filosofunun qanına bir zəhər kimi işləmişdir. Bunun ən bariz nümunəsi “rus fəlsəfəsinin atası” N. Berdyayevdir. O yazırdı ki: “İndiki Rusiya iki şəxsə minnətdar olmalıdır; I Pyotra və Leninə. Çünki hər ikisi Çar Rusiyasının imperiya hüdudlarını qorudu…”

Bu sitatın önündə filosof yazılmasaydı oxucu bu fikirləri hər hansı cahangirin qan qoxuyan bəyənatı zənn edərdi. Amma Rusiya vicdanlı tarixçi və siyasətçilərindən, elm adamlarından da heç vaxt xali olmamışdır. Bu da Rusiyanın dəyişməyən gözəl bir gerçəyidir əslində. Bunun kökü Avropada təhsil almış, oranın mükəmməl dövlət idarəçilik sistemini Rusiaya ən gözəl tətbiq etmək istəyən dekabristlərə dək gedib çıxır. Səpilən bu toxumlar da bir baxıma hədər getməmişdir. XX-əsrin 90-cı illərində rus qadın siyasətçisi V. İ. Novodvorskaya (1950-2014) çox haqlı olaraq qeyd edirdi ki: “Rusiya özünün imperiya istəklərindən imtina etməli, yalnız RSFSR hüdudlarında xoşbəxt olmanın yollarını aramalıdır.”Novodvorskayanın bu edaletli yanaşması Resulzade’den gelmekdedir. Memmed Emin Bey ermeni baş nazir Kaçaznunini tenqid eden bir yazısında bunları yazmışdı: “…İstiklalci Azerbaycan milliyet-perverlerinin yolu bellidir. Onların Rusya’dan bekleyeceği bir şey yoktur. Kendi hudud-ı milliyesi dâhilinde kalan Rusya mesut olsun fakat memleketimizi, hürriyetimizi, istiklâl ve milliyetimizi kirli çizmeleri altında çiğneyen Rusya’ya düşmanız! Kızıl da olsa düşmanız, Beyaz da olsa düşmanız! İşte istiklâliyetçi bir Kafkasyalının alacağı yegâne vaziyet!..”(Baxın: “Taşnaksütyun Fırkasının İflası”, Yeni Kafkasya Yazıları, Yıl 1341, Sayı 11, s. 162-165)

Bizce de Novodvorskaya haqlıdır, Rusiya öz hüdudlaryla yetinməlidir.

Buna oxşar fikri hələ 1917 ci ildə Rusiya müsəlmanları I qurultayında “mədəni muxtariyyət” ideyasına qarşı olaraq milli məhəlli muxtariyyət ideyasıyla qalib gələn M. Ə. Rəsulzadə də olduqca siyasi bir uzaqgörənliklə bəyan etmişdir: “Rusiya əmin amanlıq içində elə bir bina olmalıdır ki o binada hər xalqın öz evi olsun.” Çox təəsüf ki belə bir bina bu günədək inşa olunmadı. Əksinə öz dövlətinin Ukraynaya qarşı çirkin, işğalçı siyasətini pisləyib bu yöndə haqlı olaraq Ukrayna xalqının yanında olan Boris Nemtsov kor kurşuna qurban edildi, göz dağı üçün, imperiya siyasətinə tərs gələn şəxsiyyətlər terror edildilər amansızcasına.

Ukrayna-Rusiya müharibəsinin indiki dönəminində təbii keçmişə dayanan səbəblər var. XX əsrin 20-30 cu illərində (1920-1930-cu illerde) bu mübarizə yenə kəskin xarakterliydi, eynən indiki kimi. Rus nasyonalistləri hər zaman Ukrayna məsələsini süni bir hərəkat olduğunu iddia edib durmuşlar. Onların xələfləri də -Putin başda olmaqla- nə yazıq ki eyni xətti tutmaqdadırlar. “Maydan hadisələrinə” nə qədər Qərbin projesi kimi baxılsa da, bu etirazın kökündə xalqın təbii istəklərinin də dayandığı inkarolunmazdır. Təkcə “Qolodomar” faktı Rusiyaya qarşı müaqvimət hərəkatınlı körükləmək üçün yetərlidir. Ukraynaya qarşı Stalin-Putin yanaşması imperial zehniyyət baxımından biri-birinin ağzına tüpürəcək qədər “doğma hetta ekiz”dir. Yanukoviç projesini özünün ilhaq siyasətinə çevirə bilməyən Rusiya hələ də ağzındakı bir iki kortalmamış dişini Krıma, Donetsk və Luqansk bölgələrinə qıcaya bildi. Rusiya atdığı bu yanlış addımların nəticələrinə qatlana bilmir və bilməyəcək də. Bu uzun bir proses olacaq amma eyni zamanda şimal ayısını çökdürəcək bir sürəc olma ehtimalı da yox deyil. Çünki Ukrayna xalqı öz ölkesini təkcə Şevçenkodan miras qalan romantik duyğularla sevmir. Bunu paraqmatikcəsinə siyasətdə, Avropaya inteqresiyada görürlər eyni zamanda. Gözlərinin qabağında ayaqlarının üstündə dayanan onurlu Polşa örnəyi var artıq.

Bir sözlə Putin Rusiyasının Ukraynada ilhaqçı dayaqları istiqlalçı-milliyətçi kəsiminə məğlub oldu. Öfkədən çıldırmaqdan başqa əldən bir şey gəlmir. Vaxtilə Ukraynanın Rusiyaya ilhaq edilməsi yolunda dəridən qabıqdan çıxan Milyukovun öfkə və sayıqlamaları hələ də aktuallığını itirməyib.

“Bu ictima esasında maruf Milyukofun çıkışı bilhassa şayani-dikkatdır. Milyukof o kadar kızmış, müvazenseini kaybelemiş ki Pariste, mülteci bir hayat yaşadığını unutarak, Ukraynalıları “gülle” ile tehdit eylemişdir: -Biz, Size anlaşma teklif ediyor, fedreasyon yapalım, diyoruz, siz ise “Artık gecdir!” diye uzatılan eli redd ediyorsunuz!. Unutmayınız ki bu cevab bizi top tüfeng ateşine götütür! demiştir. / Zavallı Milyukof, ihtiyar çağında bütün ümitlerini kaybeden bir adam titizliğini gösteriyor; profesör iken sözle değil, topla tüfenkle konuşuyor… / Fakat tarih profesörü Milyukof, bu “silah”ın artık “müzelik” olduğunu bilmeli, nahak yere kanını harap etmemelidir.” (M.Ə.Rəsulzadə “Yeni Kafkasya Yayınları-17 şubat (fevral) 1927-ci il).

Milyukofların təhdid və top tüfengle konuşması bu gündə Rus poltikasında ən yayğın propoqanda vasitəsidir V.Jirinovskilərin simasında.Əslində bu cür siyasi təlxəkliklər heç də boşuna deyildir,əksinə velikorus şovinizmini kütlələr adına körükləmək üçün bir təbliğat vasitəsi,”pulsuz” tribunadır.Sadəcə dirijor çubuğu Kremlin baş solistinin görünməyən işarət və əlləriylə hərəkətə gətirir bu çlığınca jest və replikaları.Bir sözlə rus siyasətinin klassik amma ucuz manevrası deyəlim,Ukrayna-Rusiya münasibətlərindədə uyğulanan bir çox gedişlər bu ənənəyə söykənməkdədir hələ populistcəsinə.

Ukrayna Prezidenti Pyotr Poroşenkonun İstanbulda Fener Rum Patriğinin Ukraynada Rus Ortodoks Kilsesinden bağımsız bir Ukrayna Ortodoks Kilsesi qurulmasına bağlı berat imzalanması ən böyük hadisə kimi qiymətləndirildi.Ayinin ardından öz nitqində Prezident Petro Poroşenko, bu berat sayesinde Ukrayna’nın Rusya’yla son bağını da qoparmayı bacardığını söyledi ve dünyadaki diğer Ortodoks kiliselerini de, Ukrayna Ortodoks Kilisesi’ni tanımaya çağırdı.Bu eyni zamanda Ukrayna-Rusiya münasibətlərində keçmişdə olan “böyük-kiçik qardaşlığı”nda sonunu gətirdi anlamını ifadə edir.

Heç yadımdan cıxmır, 1991-ci ildə SSRİ Xalq deputatlarıı qurultayında indiki Qazaxıstanın Dövlət Başçısı Nazarbayev möhtəşəm çıxış edərək alov püskürdü rəsmən. O tribunadan: “-Казахстан больше не будет младшим братом России.” (Qazaxıstan bundan sonra heç vaxt Rusiyanın kiçik qardaşı olmayacaq-Tərcümə-M.İ).

Rəsulzadənin yuxarıda qeyd etdiyi: “Kommunistlerinden tutmuş monarşistlerine kadar bütün Ukrayna siyasileri Germanofilleri, Polonofilleri hatta Rusofilleri de dahil olduğu halde-Rusyadan ayrılmak kararını vermişlerdi” təsbiti Sovetlərin İkinci Dünya Savaşından sonra işğal altında tutduğu Şərqi Avropa ölkələrinində dirəniş nöqtəsi olmuşdur.

Keçmiş SSRİ-nin Şərqi Avropa ölkələrinə yürütdüyü jandarmeriya siyasəti hər zaman ona qarşı ən qatı nifrət hissini oyatmışdır.1956-cı il Macarıstan hadisələriinin qanla yatırılması,1968-ci ildə Çexoslavakiyanı işğal etməsi bunun bariz nümunəsidir.Sadəcə Şərqi Avropa ölkələrini idarə edən rəhbərlik ənənəvi dövlətçiliyini qorumaq adına açıq və ya gizlin şəkildə hər zaman SSRİ-yə qarşı mübarizə vermişlər.Onlar zorən bu işğala məruz qalsalarda heç zaman bununla barışmayıblar.Zatən hadisələrin sonrakı gedişatı bunları fazlasıyla isbat etdi,ən qatı kommunistindən milliyətçisinədək SSRİ-nin vəhşi caynaqlarından qurtulmaqda birgə mübarizə verərək buna nail oldular.Həmçinin Sovet rəhbərliyi bu ölkələrin ayaqda durmağı bacaran dövlətçilik tarixini dərindən bildiyi üçün Azərbaycan,Orta Asiya və Əfqanıstana yrütdüyü kimi daha qanlı,saymazyana politika uyğulaya bilmirdi.ABŞ-ın,Qərbin basqıları hər zaman üzərindəydi.Orta əsrlərdən bəri işğal edilib amma idarə etmək adına Orta Şərqdə ən mürəkəb coğrafiya sayılan Əfqanıstan demək olar ki gerilla savaşında az qala “institutlaşmış” bir yapıya sahib olmuşdur.Sovetlərin Əfqanıstan fiaskosu bunun sübutudur.Amma Əfqanıstandan fərqli olaraq Şərqi Avropa ölkələrində institutlaşmış dövlət ənənələri hökm sürüb ki bu Sovet işğalı və ideolgiyasına qarşı başından bəri qarşı olub separatçı,Vətəninə xain mövqedə dayanan qisim istisna olmaqla.1980-ci illərin sonlarında Azərbaycana güllə Pribaltika xalqlarına ABŞ və Avropanın basqısıyla “gül” yağdıran Sovetlər Birliyinin olduqca ehtiyatlı siyasətin kökündədə bu ikili standart,amil dayanırdı.Rəsulzadə’nin belə bir təsbiti var:

“Bolşeviklerce milliyet geçici bir devirdir. Milliyetperverlik terviç* edilmez, ona yalnız tahammül olunur.”

Kaynak: Yeni Kafkasya Yazıları, “Resulzade Mehmet Emin Bey’in Bir Nutku”, s. 58, 66-cı dipnot)

Burdan çıxan ana məntiq o ki,SSRİ əsarətində saxladığı- Türkdilli xalqların millyətpərvərliyini tervic etmədiyi halda,Pribaltika xalqlarının milliyətpərvərliyinə təhəmmül edirdi.Bu siyasət –tabeliyində olan və xor gördüyü xalqlara qarşı “böyük qardaşlıq” iddiası günümüzdə belə davam etdirilir Putin Rusiyası tərəfindən.Fəqət artıq heç bir dayaqları qalmamış nə yaxşı ki.Çünki indiki Rusiya-SSRİ deyildir artıq.

Sonuc olaraq ortaya çıxan bu ki, Böyük Rus imperiyasını yenidən qurmaq xəyalları mazide qalaraq artıq “müzelik”dir.

Məhəmməd İSRAFİLOĞLU

*TERVİC: Revaç vermek. Değerini arttırmak.
* Müsait karşılamak. Kabul ettirip, geçerli kılmak.

Ukrayna Haber

Ukrayna'nın, ilk Türkçe haber sitesi.

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]