DünyaGündemHaberler

Təəssürati-fövqəladə

“Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi... Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi... Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” - dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”


Bu gün dahi Azərbaycan bəstəkarı,yazıçı, musiqişünas, dramaturq Üzeyir Hacıbəylinin 134- cü doğum günüdür.
Təkcə 1918-ci il 7 dekabr tarixində ADR- in Parlamentinin ilk açılışında gördükləri və yaşadıqlarını usta qələminə tökərək onu ifadə etməsi bu Uca Şəxsiyyətin necə də gur işığa sahib olmasının əyani sübutdur.
İşıqlar içində yatsın!

Üzeyir Hacıbəyli parlamentimizinaçılışından belə yazırdı: “Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi… Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi… Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” – dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”
Ü.Hacıbəyli 1918-ci il 9 dekabr tarixində “Azərbaycan” qəzetində çap olunan ” Təəsürat” məqaləsi.
P. S. Bu gün “Cəngi” ni dinlədim və yumruq kimi birləşdiyimiz o günlər aldı apardı “Azadlıq” meydanına məni qanadlarında…
Görəsən o Ruh dönəcəkmi “Cəngi” sədaları altında yenidən?!

Çox çətin sual oldu deyəsən.
Romantika hə desədə, reallıq demir ki, demir…
ALLAH Sənə rəhmət eləsin Üzeyir Bəy!

Məhəmməd İsrafiloğlu.

Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı