Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
DünyaGündemHaberler

VİDA MƏKTUBU

Allahım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin onu göstərməsini gözləyərdim.

” Uşaqlara qanad verərdim. Ancaq uçmağı özlərinin öyrənmələri üçün şərait yaradardım.”

MARKES VƏ ONUN VİDA MƏKTUBU, ÖZÜM DƏ BİLMİRƏM HEÇ HARADAN AĞLIMA GƏLDİ…

Əslində hər kəsin belə bir Vida məktubu vardır. Hər kəsin oxumaq istədiyi amma oxuya bilməyə cəsarət edə bilmədiyi bir YAŞAM NƏĞMƏSİ vardır.Özü və tənhalığının iştirakıyla,acı göz yaşlarıyla yalnızlığına bu nəğməni oxumağın necə də dəhşətli bir kədər olduğunu bunu yaşayanlar bilər…
Gərək heç zaman fikir qəbristanlığı olmayasan,çünki qəbristanlıqda açan çiçəklərin ölüyə heç bir dəxlisi yoxdur.Diriykən ölməmək,yaşamaq yanğısını söndürməmək adına Markessayağı mütləq bir Vida məktubun olmalı,içəriyi gözəl arzulara,munis duyğulara təşnə olan Həyat eşqi kimi…
Sonun əvvəli fəlakətdir.
Sonu gətirmək lazım deyil,zatən o gələcək…
Qarsia Markesin əziz və işıqlı xatirəsinə sonsuz sayqılarımla…

M.İ.

MARKES: ARTIQ ÖLƏ BİLƏRƏMMİ?

VİDA MƏKTUBU

Tanrı bir an cındır kukla olduğumu unudub can verərək məni mükafatlandırarsa, ağlımdan keçən hər şeyi dilə gətirməyə bilərdim, ancaq ən azı dilə gətirdiklərimi təfərrüatı ilə ağlımdan keçirər və düşünərdim.

Əşyaların maddi tərəflərinə yox, mənalarına dəyər verərdim.

Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə- 60 saniyə işığı itirdiyimi düşünərdim.

İnsan eşqdən vaz keçərsə- yaşlanar.

Başqaları bir yerdə duranda mən irəliləməyə davam edərdim.

Başqaları yatanda mən oyaq qalmağa çalışardım. Başqaları danışanda dinləyər, şokoladlı dondurmanın dadından zövq alardım.

Əgər Tanrı mənə bir az can versə, sadə geyinər, üzümü günəşə çevirər, sadəcə bədənimi yox, ruhumu da bütün çılpaqlığıyla açardım.

Allahım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin onu göstərməsini gözləyərdim.

Göy üzündəki Aya ulduzlar uzunu Van Qoq şəkilləri çəkər, Benedetti şeirləri söyləyər və serenadalar oxuyardım. Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanların ağrısını hiss edərək dodaq qırmızısı rəngindəki tac yarpaqlarından öpmək istəyərdim.

Allahım, bir udum həyatım olsaydı..

Hər gün qabağıma çıxan bütün insanlara onları sevdiyimi söyləmədən keçməzdim. Bütün qadın və kişiləri onların ən çox sevdiyim insanlar olmasına inandırardım..

Və eşqın içində yaşayardım.

Yaşlananda eşqdən vaz keçmələrinin nə qədər səhv olduğunu kişilərə başa salardım. Çünki insan eşqdən vaz keçən kimi qocalır.

Uşaqlara qanad verərdim. Ancaq uçmağı özlərinin öyrənmələri üçün şərait yaradardım.

Yaşlılara isə ölümün qocalmaq ilə deyil, unutmaq ilə gəldiyini öyrədərdim.

Ey insanlar! Sizlərdən nə qədər çox şey öyrənmişəm! Xoşbəxtliyin həqiqətləri görməkdə gizləndiyini bilmədən bütün insanların dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni anadan olmuş bir çağanın, atasının barmağını sıxarkən, əslində onu əbədiyyətə qədər qandalla özünə məhkum etdiyini öyrəndim.

Sizlərdən çox şey öyrəndim. Ancaq bu öyrəndiklərim çox da işə yaramayacaq. Çünki onların hamısını bir çantaya qoyub ağzını qıfılladım.

Bədbəxtcəsinə…

ARTIQ ÖLƏ BİLƏRƏMMİ?

Məhəmməd İSRAFİLOĞLU

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]