Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriHayat

KULİS…

Ehtiyacın kulisi- üzdə xoşbəxt görünən arxada əzablarınla baş-başa qaldığın bütün an və məqamların yalnızlıq qoxuyan acı fəryadıdır.

“Onca dünya qoca bir səhnə dеmək,
Hər kəs aktörlük еdər bilmiyərək.
Kimi arif, kimi dilbər və əsil,
Kimi qurnaz, kimi divanə, səfil…
Kimi cani… düşünür fitnə-fəsad.
Kimi zеvq əhli, dilər hər kəsi şad.
Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq…
Kimi ismət, kimi naz, işvə satar,
Kimi həp varlığa bir təkmə atar.”

Kulis adətən Teatr səhnəsinin arxasında bulunan, oyuncuların hazırlıqlarını yaptıkları və səhnəyə çıxış üçün gözlədiklərii bir yer,hissədir. Bir sözlə teatrın pərdəarxasıdır bütün mənalarda.
Teatr səhnəsi tamaşaçının böyük zövq və həyəcanla izlədiyi bir məkandır.Səhnədə hər şey, oynanılan tamaşa, aktyorlar hamısı bir bütünü təşkil edir. Necə deyərlər hər şey tamaşaçı üçündür, müxtəlif səhnə personajların təsirli epizodlarında axıdılan göz yaşları, gülüşdən doğan şaqraq qəhqəhələr salonun abu havasında olduqca gözəl görünür. Sonda tamaşaçı alqışları teatr heyətinin təzimanə təşəkkürləriylə hər şey finalına qovuşur.
Amma bu finalın kulisində aktyorların biri-birinə sonsuz kin və həsəddən doğana konfiliktlərlə dolu yeni bir tamaşanın proloqundan evlərinə tamaşadan şad xürrəm ayrılıb gedən tamaşaçıların heç zaman xəbəri olmur. Necə deyərlər epiloqdan proloq doğur, adətən ədəbiyyatda heç bir zaman bu proses başa verə bilməz.Amma kulisdə bu olur.Teatrın pərdəarxası olayları istedadlar arasında tamaşaçıya bəlli olmayan ən dərin psixoloji-depressiv savaşının görünməyən seyridir. Əslində hər yerdə bu cür kulislər mövcuddur, işlədiyin müəssisədə, dostluq sürdürdüyün çevrələrdə və s. Tək fərq teatrda bu kulisin rəsmi məkan olaraq varlığını sürdürməsidir. Hər teatrın öz kulisi vardır onsuz səhnəyə çıxış mümkün deyildir. Aktyor səhnədə məhatətlə başqa bir obraz yaradırsa, kulisdə isə özünü oynayır bütün parametrlərdə. Kulisə qatlanmağa aktyorlar bir növü məhkumdurlar, vay gücsüzlərin halına…
Həyatda var olan “kulis”lər fərqlidir, rəsmi məkan olaraq mövcud deyillər, amma neqativ psixoenerji olaraq bütün məkanları alt üst edəcək gücdədirlər. Sənin arxandan iş çevirənlər, süfrəndə çörək kəsib aldıqları nəfəsləində xəyanət gəzdirənlər hamısı kulis mahiyyətindədir. Ehtiyacın kulisi- üzdə xoşbəxt görünən arxada əzablarınla baş-başa qaldığın bütün an və məqamların yalnızlıq qoxuyan acı fəryadıdır. Bu kulisin tək qəhrəmanı var o da sənsən. Sənə yaşatdırılan hər nə varsa onu öz pərdə arxana yükləyirsən. Və bu olduqca ağır yükdür, altında əzilməyi var, xəstələnib yorğan döşəyə düşməyi var, unudulmağın var, var ki var bütün neqativ anlamlarda. Desəm öldürərlər deməsəm ölləm dilemması… Bu dilemma heç teatr kulisində belə yoxdur, çünki səhnə arxası məkanda bəzən iç savaşlar açıq müstəvidə baş verir. Kulisin önünü pərdə tutsa da…
Oysa ehtiyacın, xəyanətin kulisində təklənmiş bir mükəddər tale durur. Çarəsiz , yapayalnız…

MUHAMMED

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]