Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriDünyaGündemHaberler

[AĞ]DAM – Nifrətimizi qəhrəmanlığa dönüşdürməyin zamanı çoxdan gəldi

Əgər doğrudan da müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir!

Bu gün Ağdamın, Laçının, Qubadlının, Kəlbəcərin işğal günüdür kimi başlıqları heç vaxt sevmədim. Culfada orta məktədə müəllim işlədiyim dönəmdə rəsmən bu xronolgiyanı əzbərləməyi şagirdlərimə yasaq etmişdim. Hətta bəzi müəllimlərin dərslərində bu işğal günlərinin bilib bilməmək qiymət meyarına çevrilmişdi, bilənə “beş” bilməyənə “iki” kompleksində.

Bu olduqca ağır sindromdur, işğalla barışmaq onun tarixini tutuquşu kimi əzbərləyib ruhsuz vətəndaşa dönüşmək adına. Hələ bir də bunu pedaqogika yapırsa dəhşətdir. Hər dəfə bu tarixlərdə Cavad Xanın ruslara qarşı ailəsiylə vuruşub şəhid olmasını danışardım. Sinifdə özüm qarışıq nəfəslər tutulardı. Gənc şagidlərin gözündə düşməndən intiqam almaq hissi eləsinə alovlanardı ki, inanılmaz… Hər kəs özünü Cavad Xan sanırdı bəlkə də içində.
Mənə elə gəlir ki, bizi ayaqda tutan ruhumuzda yatan qəhrəmanlıq hisslərini körükləməkdir, nəyin bahasına olursa olsun. Çünki işğala məruz qalan bizik, ondan qurtulub yağı düşməndən namus ləkəmiz olan Xocalının qisasını almaq boynumuzun borcudur 7-dən 77-dək. Bu mövzuda keçmiş və gələcək zaman şəkilçiləriylə başlayıb qurtaran bütün fikirlərə nifrət edirəm!

Nifrətimizi qəhrəmanlığa dönüşdürməyin zamanı çoxdan gəldi. Bəlkə də bu sözümə nifrətdən qəhrəmanlıq necə doğar kosmoplit sualı da doğacaq kiminsə beynində. Amma bunu bilin ki aşırı mərhəmətli olub müti duruma, təslimçi sazişə hazırlanmağın qarşısın almağın tək yolu başımıza haqsız yerə gətirilən məzalimləri törədənlərə ümüxalq nifrətini formalaşdırmaqdır. Bunu əksi yoxdur ki yoxdur!

Bizim ən böyük faciəmiz özümüz özümə məğlub olmamızdır. Bu baş verməsəydi kimiydi rus, kimiydi erməni, kimiydi bizə düşmən olan cümlə cahan?!

Uduzulan döyüş uduzulan müharibə demək deyil fikirlərinin işığında Fransa torpaqlarını işğaldan azad etmək qeyrətiylə gerçəkləşdirən Şarl de Qollun daha bir fikriylə yazımı bitirirəm: “Əgər doğrudan da müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir!”

Məhəmməd İsrafiloğlu

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]