Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriGündemTürkiye

EFENDİLER! YARIN CÜMHURİYYETİ İLAN EDECEĞİZ!

BENİM NÂCİZ VÜCÛDUM ELBET BİR GÜN TOPRAK OLACAKTIR; FAKAT, TÜRKİYE CUMHURİYETİ İLELEBET PAYİDAR KALACAKTIR

Tarix 28 oktyabr 1923-cü il…
Mustafa Kemal Paşa, Çankaya Köşkü’ndə verdiği akşam yeməyində, ” Efendiler! Yarın Cumhuriyeti ilan edeceğiz” dedi.Və sabahısı günü dediyini yapdı. Qətiyyətli qərarlar verməkdə, bu günün işini sabaha saxlamamaqda ATATÜRK bir Dahiydi.Ertələnməyən qərarlar onun nə qədər əzmkar, ideyalarına bağlılığın örnək bir nümunəsidir.Amma günümüzdə Cümhuriyyət,hürriyyət,istiqlal idealları saxta din ümmətçiliyinə qurban edilir ərdoğan və akp tərəfindən.
İş başa düşdü… Düşməz olaydı.
Türkiyənin çərxi döndürülməkdə.Ərdoğana yandaş medya və parti fanatiklərinin uydurduğu saxta dünya lideri uydurması 9 günlük ömür sürdürdü. Bunda günahkar əsla ərdoğan deyil,ATATÜRKÜN yapdığı həyata keçirdiyi inqilabi nailiyyətləri qoruyub saxlamayan guya ki özünü sekulyar sayıb bir sürü orta əsr din yobazlarına təslim olan qorxaq zehniyyətdir.
Geriyə orta əsrlərə qayıdış, hələ dinin tiryək kimi toplumu sərməst edən tüstüsündə boğulmaq ta fəlakətin özüdür…
“Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi.”
M.Ə.Rəsulzadə.1938-ci il.
Çox təəsüf ki M.Ə.Rəsulzadənin təqdir etdiyi bu işıqlı fikirlərin işığındakı Türkiyə günümüzdə əsla mövcud deyildir.
Cümhuriyyət bir nemətdir, Kurtuluş savaşında əziz canlarını fəda edərək onu ay ulduzlu bayrağa çevirən şəhid qanlarıdır, Bu dövləti quran QAZİ MUSTAFA KAMAL ATATÜRKÜN TÜRK XALQINA ƏMANƏTİDİR!
Və kimsənin dədəsinin, oğlunun, eniştəsinin malı deyil!
ATATÜRKÜ heç bir imperial güc malvarlığıyla təhdid edə bilməzdi ki düşmənə qarşı operasyonu durdur. MUSTAFA KEMALIN həyatı,Kurtuluş Savaşında verdiyi şanlı mücadilıə,hərbi dühalığı bir sinema pərdəsi kimi gözlər önündə canlandırdığında adamı heyrət bürüyür rəsmən.”Yeddi duvel”in ən kahpe tuzaklarından oluşan çıxılmaz labirintden yüksək hərbi matematik bilgi,analitik beyniylə çözən üsul və metodları heyrətverici…
Əhdə vəfa Dostluğu,mübarizə arkadaşlarına göstərdiyi zərif həssasiyətdən doğan jestlərini hər oxuduğunda göz yaşlarını tutmaq əldə deyil…
Həyatının hər alanında özünə Elmi,bilgiyi Mürşid yapan ikinci bir lider bulmaq mümkün deyildir dünyada.
Birdə indiki Türkiyə yönətiminə,ərdoğana gözlərimizi çevirəlim.
“O küpünü doldurmadı.
Dövlət xəzinəsini doldurdu.”
Çankaya köşkünə aldırdığı dibçək çiçəklərinin,mindiyi tramvayın pulunu belə öz cibindən ödəyən MUSTAFA KEMAL və Osmanlı şatafatının göz qamaşdırıcı zənginliyi içində yaşamaqdan zövq alan ,qarnı və gözü doymaq bilməyən ərdoğan sülaləsinin xalqın qan damarlarını sorub-sorub onu lüt toyuğa döndərən kirli ekonomik politikasını müqayisə edin. ATATÜRKÜ məhv etməyi qarşısına qoymuş İngiltərə istibarahatının raporu var:”MUSTAFA KEMAL zimmetinə para pul keçirməmiş birisidir.”
Ayakkabı kutusundan çıxan dollarlar mövcud iktidarın aynasıdır,kirli yolsuzlukla toz basmış aynası.Baxdıqca hər kəsin mədəsini bulandırır.
Oysa MUSTAFA KEMAL ən yaxın dost və arkadaşlarının bütün müşküllərini,səhhətindən tutmuş maddi sıxıntı problemlərini öz aldığı maaşından,şəxsi parasından ödərdi.Qarsonlara belə “cocuğum” deyə xitab edərdi,sayqıda əsla qüsur etməzdi bol bəxşiş dağıdardı,könüllərində taxt qurardı.Taxtü-tac yapıb məmləkətin anasını əsla ağlatmazdı.
ATATÜRK hər alanda bir rol model idi,geyimindən tutmuş su içməsinə,yemək yeməsindək,baloda mükəmməl rəqsiylə,bilardo,qolf bacarığıyla,bütün sahələrə vaqif olmasıyla.Fransızcası,almancası mükəmməldi.Matematik,ədəbiyyat,tarix,sənayeçilik,hətta modada belə müdhiş təsbit və çozümləri vardı.44 səhifəlik “Geometri” kitabını yazdı.Çətin,başa düşülməyən Osmanlı istilahlarını türkcəylə asanlaşdırdı. “Müsellesin, zaviyetan-ı dahiletan mecmu’ü 180 derece ve müselles-i mütesaviyü’l-adla, zaviyeleri biribirine müsavi müselles demektir.” yerine “Üçgenin iç açıları toplamı 180 derecedir ve eşkenar üçgen, açıları birbirine eşit üçgen demektir.” dememizi Atatürk’e borçluyuz.
Heç bir zaman cocukları olmadı.Amma topluma örnək olaraq tərbiyə edib yetişdirdiyi səkkiz mənəvi övlad bəxş etdi ki hər biri Türkiyədə elmin,üstün zəka və cəsarətin örnəyi oldular.Sabiha Gökçen,Afet İnan misalı…
“Gəmiciklərə” sahib olan bilallar yetişdirən cılız zekalar nə anlar MUSTAFA KEMAL işığından?!
Diktator dedilər amma ABŞ-ın Prezidenti kimi Senata veto qoymaq hüququ belə yox idi.İstədiyi zaman qorumasız filan xalqın içindəydi,sərbəst gəzər çoxu zaman alış verişini belə özü yapardı.Məndən sonra hakimiyyət yeddi sülaləmə keçsin demədi. “Cümhirriyyet faziletdir.”
“BENİM NÂCİZ VÜCÛDUM ELBET BİR GÜN TOPRAK OLACAKTIR;
FAKAT, TÜRKİYE CUMHURİYETİ İLELEBET PAYİDAR KALACAKTIR” söylədi QAZİ MUSTAFA KEMAL ATATÜRK.
Kaş ki bütün diktatorlar bu içərikdə olaydı…
Hitler,Musollini,Mao Tszeduya və çağdaş dövrümüzdə onların ağzına tüpürübmüş kimi təqlid edənlərə baxın, birdə MUSTAFA KEMAL ATATÜRKƏ.
Necə deyərlər Günəş palçıqla suvanmaz.
Böyük Azərbaycan şairi H.Cavidin “Şeyx Sənan” əsərində Şeyx Kəbirin Şeyx Sənanı cahil sürüsünə anladan bir yeri,məqamı var:
Siz korsunuz. O isə mənbəyi nur!..
Bu misraların işığında nöqtəni qoymaq yetərli olmalı.

Əmanətinə hər zaman sahib ol ey TÜRK XALQI!!!

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]