DünyaGündemHaberler

AZADLIQ ŞÜURUN CÖVHƏRİDİR, ŞÜUR DA İNSANDIR

“Meydan kükrəmişdi o meydan necə?! Bilmədik ey Vətən qurtuluş nədə? Sən qızıl almasan divlər əlində Niyə dönəmmirik Məlikməmmədə?!”

“Meydan kükrəmişdi o meydan necə?!

Bilmədik ey Vətən qurtuluş nədə?
Sən qızıl almasan divlər əlində
Niyə dönəmmirik Məlikməmmədə?!”
R.BEHRUDİ.

1988-2019…
Elegiya kimi bir yazı…
Biz xalq olaraq XX- əsrin əvəllərində Cümhuriyyətçi nəsilin başlatdığı milli-azadlıq,demokratik hərəkata tamamilə başqa,şairanə hiss və duyğularla yanaşdıq və başlatdıq.1988- ci ildə deyilən bütün fikirlər şeir xarakterli idi,siyasət və praqmatizm adına heç bir şey olmadı.Vətəni şeir kimi sevdik,sözlər sel kimi aşdı-daşdı bəndini bulmayan çay misalı qurudu,getdi bir türlü sağduyulu siyasi institutlaşmaya dönüşmədən.Halbuki bunu bacarmaq olardı tədricən,hər gün xalqın nəbzini emosiyalardan düzgün təşkilatlanmaya aparan üsul və metodları təcrübə edinərək və tətbiq edərək.Fəqət “xalq qəhrəmanı” və tribuna ehtirasıyla alışıb yanan mənəm mənəmlik azarı bir türlü kollegial düşüncə tərzini toplu “biz”ə çevirə bilmirdi.Bu möhtəşəm hərəkatdan 30 il keçib amma meydan qəhrəmanlarının milli şüuru hələ də yerində durub,yəni 1988-ci ildə.Coşmuş kütlə ehtiraslarından vaxtilə onlara doğan sevgi selini şəxsi “mən”lərinə çevirib boş gəvəzəçilik “sənət”inə çevirirlər illərdir nemət pənahov və digərləri misalı.Hər kəs öyünür həmin illərlə birisi özünü az qala Napaleon Bonaparta,digəri Jan Pol Marata,Maksimiliyan Robespyerə bənzədərək.Bu hərəkatın necə böyük tarixi əhəmiyyətə malik olduğu haqqında olduqca süni,şişirdilmiş eqoistik şüarlarla çıxışlar edilir.Əlbəttə bu hərəkat öz miqyas və iştirakında geniş xalq kütlələrini bulunduran qüvvə hesabıyla möhtəşəm idi.Bunu kimsə dana bilməz.Fəqət ortada olan indiki Azərbaycan bu hadisələrin yekunu-final və nəticəsi deyilmi?!
Gözəl sonu olmayan başlanğıclar nə yazar ki?!
Qəribə paradoksu var bu hərəkatın həm də ürəkağrıdan.1988-ci ildə ilk dəfə üzə çıxan üşrəngli İstiqlaliyyət bayrağımızla “rusun çəkmələrinin tozuna qurban olum” deyib başamağını silərək təhqir edənlər indi bu bayrağı öpüb ölkəni tarü mar edirlər.
Kimdir müqəssir sualını versəm?!
Yenə mənə tarix dərsi verməyə çalışan,hələ də 1988-ci illərdə qalıb 2019-cu ilə gəlib çata bilməyənlərin köhnə bayatı kimi qınaqları,incimələri,küsmələri…
Küsmək,incimək,siyasəti şeir kimi zənn etmək bütün bunlar zəif duyğuların məğlubiyyət dadan ən dərin psixolji travmasıdır,həm də milli natamamlıq kompleksidir. Bu kompleks bitmədikcə heç bir şey olmayacaq,heç bir şey…
KƏDƏRLİ BİR HAŞİYƏ.Hər il Müstəqillik,Milli Dirçəliş bayramlarını sosial şəbəkələrdən özüm qarışıq şablon təntənələrlə qeyd edirik.Sahib ola bilmədiyimiz müstəqillliyimiz,bizi ölüm yuxsundan oyatmayan dirilişimiz necə də boynu bükük görsənir.Bunda hamımız günahkarıq,hamımız… Biz illərdir ki Rəsulzadə və Elçibəyi nə yazıqlar olsun ki,çox zaman süni pafosdan doğan sloqanlarla sevdik,bozqurdçuluğin dərin mifik köklərini bilməyə-bilməyə “bozqurd” olduğumuz kimi.Onları oxumadan sevmək əsla mümkün deyil,halbuki biz eyni zamanda yüz illərdir həm də Quran oxumadan müsəlmanıq da. Bu cür bidat və hürafələrə qarşı açlıan ən düzgün bir savaş M.Ə.Rəsulzadənin və Dava arkadaşlarının istər Cümhuriyyət, istərsə də mühacirət illərində verdiyi sistemli mübarizəni modelləyib günümüzə daşımaqdır.Tarixini yartmayan millət onu təkrarlamağa məcburdur(M.Qandi) dilemmasınının bədəli hər zaman ağır olur indimizdəki kimi. Çağdaş tariximizdə yəni 1988-ci ildən bəri bizim dünyagörüşümüzün formalaşmasında,Milli Məfkurəyə yiyələnməmizdə milli-azadlıq hərəkatının və Ə.Elçibəyin rolu böyükdür.Universitetlərin verə bilmədiyini bu hərəkat bizə versə də,bu hərəkatın praqmatik istiqamətlərdə institutlaşmaması çox zaman bizi bir də əvvəlki durduğumuz geri nöqtələrə daşıdı.Adətən proses təkamül və tədrici yolla gedilməli,amma biz də çox təəsüf ki işlər heç bir vəchlə bu relsə qoyulmadı.Bu 2019 da var olub 1988-ci illərdə “yaşamaq” kimi bir şeydir.
Ə.Elçibəyin mətbuat xidmətinin rəhbəri Arif Əliyev gərgin Kələki günlərində Əbülfəz Bəyin otaqda gəzişərkən qəfildən Hadinin: “ Millət işıq olsunda,məni udsun da siyah xak…” söylədiyini yazıb.
Milləti işığa dönüşdürdükdən sonra qara torpaq olmaq bəlkə də ən böyük və son təsəllidir:”Bir qövmü dirildən də cahanda qalacaqdır”ın işığından doğan nurlu sabahlar,gələcəkləri gerçəkləşdirmək adına…
Məhəmməd Hadidə də,Ə.Elçibəydə də ya keçmiş var ya da gələcək.Xoşbəxt indi yoxdur…
R.Behrudinin Ə.Elçibəyə hələ 1987-ci ilə həsr etdiyi “Qəribə adam “şeirində belə misralar var:
Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Astiaqa qarşı Kir-Harpaq ikilisinddən doğan xəyanətin 1993 cü il təkrarı genetik bir nisgildir nə yazıq ki bu günümüzə vurulan buxov kimi hələ də ömür sürür necə var…Sürməz olsun!
Hələ “susuzluqdn saralmış cır armudun yarpağı”bu şeirlə ilk tanışlığımda məni məndən alan misralar olub Ə.Elçibəyin mükəddər üz cizgilərində,”əli,saçı gözləri,dilində çiçək açan dəli-dəli sözlərində…”
Və bir gün uzaq Kələkidə(bütün mənalarda..-Kələkini gilyotin belə adlandırmışam bir yazımda-M.İ.) saralmış cır armudun yarpaqlarında solan istiqlalımıza için-için ağlayıram bu sətirləri içimdə olan qürbət(Kemaleddin Kamu-M.İ) havasıyla…
Əslində ehtiyacımız olan Azadlıqla haq etmədiyimiz yaşam arasında fərq nədirsə toplum da onun cəmindən ibarətdir. Türklüyün Patriarxı Əhməd Bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərində mükəmməl bir dünyagörüşdən doğan fikiri keçir: “ Azadlıq şüurun cövhəridir, şüur da insandır.” Bunun əksini düşünmək və yaşamağın nümunəsiylə rastlaşmaq heç də alın açıqlığı, örnək bir həyat tərzi deyildir.

Məhəmməd İsrafiloğlu.

Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı