AzeriDünyaGündemHaberler

“Əkdim biçdim sarımsaq, xeyrin gördü qurumsaq.”

Oxumuşlar adını yad edərik lə’nət ilə, Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə...

İşdə bizdə maarifpərvərlik niyə nicat tapmır sualının ürəkləri parça-parça edən pəjmürdə bir cavabı…Və yaxud da kaş ki hekayədə anlatılan hambalda olan qeyrətin bir qramı da itinə,pişiyinə,ayısına,madmauzellərinə milyonlar xərcləyən “xeyriyəsiz” iş adamlarında olaydı…

“Oxumuşlar adını yad edərik lə’nət ilə,
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə…(Sabir).

İşıqlar içində yatın ey xalqı cəhalət girdabından çıxarmaq üçün ömrünü bu xalqın yolunda şam kimi əridən Həsən bəy Zərdabi və bu Yoldan yürüyüb dünyasını dəyişənlər…

“Həsən bəy şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeyriyyə Cəmiyyəti yaradır. Bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı idi. Qızı Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş. Bu iş Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirmiş. Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tamam mənasızdır… Bəli, zavallı Həsən bəy “bu qızıl yuvalarından” çıxıb küləkli Bakı küçələrində “xeyirxahların” ona münasibətini düşünə-düşünə dolaşırmış.
Birdən…Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda, qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq varmış. Hambal Həsən bəyə sevgi ilə baxırmış. Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. – Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi. Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb deyir: – Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimsədən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin!”

P.S. Zərdabi kimi ömrünü xalqının maariflənməsi Yolunda şam kimi əridənlərə bir də indi ” tərləmədən” mətbuat ” qəhrəmanlarına” baxanda məşhur bir atasözümüzü adam yapışdırmaq istəyir alınlarına:”Əkdim biçdim sarımsaq,xeyrin gördü qurumsaq.”

Məhəmməd İsrafiloğlu

Etiketler
Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı