Zəifin yerini milyon dəfə ondan güclü rusa verdik!

Günün birində Avropaya inteqrasiya qərarı verdikdə buna oxşar prosesin bizim yaşamayacağımıza kim zəmanət verir?

2-ci 44 günlük Qarabağ müharibəsində erməniləri məğlub etdiyimiz ortadadır. Amma təəsüüf doğuran hal odur ki, zəifin yerini milyon dəfə ondan güclü rusa verdik. Həm də Moskva saatı ilə saat 00:00-da.

Bəli, müharibə yekunlaşdı. Lakin problem daha təhlükəli mərhələyə keçdi. Çünki Azərbaycan bundan sonra hər hansı qərar qəbul etmək istəsə, həm də Rusiya ilə razılaşmalıdır. Əsas risk də budur.

Əgər, anlaşma alınmasa, regiondakı rus ordusu bizə qarşı istifadə oluna bilər. Necə ki, Ukrayna Avropaya inteqrasiya qərarı verdikdən sonra Krımda yerləşən Rusiya hərbi birləşməsi Krımı dərhal işğal etdi və Rusiyaya birləşdirdi.

Günün birində Avropaya inteqrasiya qərarı verdikdə buna oxşar prosesin bizim yaşamayacağımıza kim zəmanət verir?

Exit mobile version