Təbrizim, Mənsizim…

Fransa inqilabında Marsel, Osmanlı inqilabında Salonik nə isə İran inqilabında da Təbriz odur.

“Azərbaycanın İran məşrutiyyətindəki mövqeyi qəlbin bədəndəki mövqeyi məsabəsindədir. Azərbaycan əhraranə hərəkətin meydanı, Təbriz isə onun qəhrəmanlıqlar göstərən bir mərkəzi olmuşdur. Altı sənədən bəri imtidad edən müharibati-daxiliyyənin fövqəladə sıxıntıları fədakar İran türklərinin duşi-təhəmmül və həmiyyətlərinə yüklənmişdir ki, hala o ağır yükü daşımaqdadırlar. Fransa inqilabında Marsel, Osmanlı inqilabında Salonik nə isə İran inqilabında da Təbriz odur.”

M.Ə.RƏSULZADƏ ” İRAN TÜRKLƏRİ” MƏQALƏSİNDƏN.

Təbrizim, Mənsizim…
Rəsul Rza.

Bir vaxtlar “Təbriz” ansamblı var idi rəhmətlik Cənnət Əliyevin yaratdığı. Bir ruh kimi dolmuşdu 7-dən 77- dək hamımızın içinə. Təbriz bizim yaralı yerimizdir, yuxularımızın şəhəri, Bakının qərib qardaşı nisgildolu birləşməyə həsrət qalan ilk paytaxtımız. Yalnız küləklərlə danışardı o zamanlar Təbrizlə Bakı…
Zəncanda doğulub Bakıda yaşayan amma hər zaman Təbriz həsrətini şeirlərinə tökən gözəl şairə Hökumə Billurinin sözlərinə gözünü açandan bir xalqı ikiyə bölən tikanlı sərhəd dirəklərini görən Cənnət Əliyev musiqi bəstələdi.
Bu mahnı olmasaydı Təbriz yanğısı, Bütöv Azərbaycan sevdası körüklənməyəcəkdi bu tezliklə inanın.
Bəzi hərəkatlar, inqilablar var ki xalqı, kütləni riqqətə gətirən marş və musiqilərin gördüyü ruh enerjisini siyasətçilər belə sağlaya bilməz.
“Təbriz” mahnısı da Bütöv Azərbaycan olma Yolunda iki şər imperiyasının bizı saldığı qəfəsi darmadağın, çilik- çilik edən möhtəşəm enerjinin musiqi adına üsyanıdır Marselyozasayağı.
Dünyanın, inqilabın təkcə Marseldən və ” Marselyoza” dan ibarət olmadığını sübut etdi 31 Dekabr və Təbriz adı, şüarları, mahnısı.
Bu mahnının yaranmasına vəsilə olan gözəl Şairəmiz Hökumə Xanım, vətənpərvər xeyirxah iş adamı Cənnət Əliyev işıqlar içində yatsın.

 

M.İ.

Exit mobile version