Mərhum Əbülfəz Elçibəylə bağlı dedi-qodu səviyyəli söhbətlər

Əbülfəz Elçibəyi, ləkələmək istəmək, Milli Oyanış Hərəkatını ləkələməyə cəhd deməkdir.

Son zamanlar Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti mərhum Əbülfəz Elçibəylə bağlı dedi-qodu səviyyəli söhbətlər yenidən gündəmə gətirilib.

Hansı ki, dünyada tanınmış dissident hərəkatının önəmli simaları Əbülfəz bəyə hər zaman rəğbətlərini dilə gətiriblər.

Yaşadığım Ukraynada sovet dövrü dissidentlərindən Mustafa Ağa Cəmilov və digər onlarla tanınmış dissidentlər həmişə Elçibəyə ehtiramını bildiriblər. Bu gün dünyada yeganə tanınan dissidentimizdir Əbülfəz Elçibəydir.

Ukraynada Xruşov dövründən sonra dünya miqyasında tanınan yüzlərlə, bizim isə dünyada və ölkədə yeganə bir dissidentimiz olub. Onu ləkələmək istəmək, Milli Oyanış Hərəkatını ləkələməyə cəhd deməkdir. Mən hörmətli Leyla xanıma tövsiyyə edirəm ki, keçmişlə çox vuruşmasın. Keçmiş keçmişdə qaldı. Səhhətinin qayğısına qalsın. Gələcəyə baxsın, gələcəkdən danışsın.

Yalçın Qəhrəmanoğlu

Exit mobile version